
ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasının protokollarında yüksək inflyasiya təzyiqlərinin davam edəcəyi təqdirdə daha məhdudlaşdırıcı mövqenin mümkün ola biləcəyi qeyd edilib.
FED 14-15 iyun 2022-ci il tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) son iclasının protokollarını açıqlayıb.
Fed rəsmiləri protokollarda iyul ayında 50 və ya 75 baz bəndlik bir faiz artımı gözlədiklərini və yüksək inflyasiya təzyiqlərinin davam etməsi halında daha məhdudlaşdırıcı bir mövqenin mümkün ola biləcəyini ifadə ediblər.
Digər tərəfdən, narahatlıqların uzunmüddətli qiymət gözləntilərini artıra biləcəyi qeyd edilib.
Keçən ay Fed rəsmiləri yüksək inflyasiyanın sabitləşməsinin qarşısını almaq üçün faiz dərəcələrinin daha uzun müddət artmağa davam etməsinin lazım ola biləcəyi ilə bağlı protokollarda razılaşdılar.
Protokollarda rəsmilər həmçinin inflyasiyaya nəzarətdə mərkəzi bankın etibarını qoruyub saxlamağın çox vacib olduğunu vurğulayıblar.
Protokollarda həmçinin bildirilib ki, siyasətin sərtləşdirilməsi iqtisadi artım tempini bir müddət ləngidə bilər, lakin maksimum məşğulluğa çatmaq üçün inflyasiyanın 2 faizə enməsi kritik əhəmiyyət kəsb edir.
May ayında yüzdə 8,6 ilə 41 ilin pik həddinə çatan ABŞ-da inflyasiya FED-ə təzyiqi artırıb.
İyun toplantısında FED siyasət faizini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırdı ki, bu da 1994-cü ildən bəri ən güclü faiz artımıdır.
FED-in növbəti FOMC iclası iyulun 26-27-nə planlaşdırılıb.