Federal Ehtiyatların kəskin artımı ilə bağlı gözləntilərin qlobal bazarlardakı təzyiqi azaltması səbəbindən, 2022-ci ildə hökm sürən tendensiyanın əksinə olaraq dollar, yeddi ayın ən aşağı səviyyəsinə çatdı.
 
Qlobal maliyyə böhranından sonra ən kəskin ucuzlaşmalardan biri olan ABŞ valyutasının ucuzlaşması, ABŞ pərakəndə satış rəqəmlərinin dekabr ayında satışların illik müqayisədə 1,1% azaldığını göstərməsi ilə baş verdi. ABŞ iqtisadiyyatında gözləniləndən daha böyük eniş, davam edən zəifliyi vurğuladı.
 
"Deutsche Bank"-ın G10 FX strategiyasının rəhbəri Alan Ruskin "Trend, dolların zəifləməsinin lehinə idi, ona görə də onu bu istiqamətdə daha da irəli aparmaq çox şey tələb etmir" dedi.
 
FED-in gələcək hərəkətləri ilə bağlı gözləntilər valyuta ticarətində təsirlidir. Çünki yüksək faiz dərəcələri ABŞ borcunun gəlirliliyini artırır və dolları yüksəldən xarici axını cəlb edir.
 
Dollar indeksi sentyabr ayından bu yana 10,7% azalaraq 2009-cu ildən bəri ən sürətli azalma dərəcəsi göstərir.
 
Çərşənbə günü açıqlanan məlumatlar topdansatış qiymətlərinin aylıq 0,5% azaldığını göstərdi. Ardıcıl altıncı eniş, FED-in faizləri artırmaq üçün təzyiqinin azaldığına dair ümidləri daha da gücləndirdi. ABŞ-da istehlak inflyasiyası beş aydır ardıcıl olaraq aşağı düşüb.
 
ABŞ valyutası ilə ticarət, keçən il FED-in böyük faiz artımı fonunda yüksəldiyi üçün “Kral Dolları” kimi tanındı. Lakin son məlumatlar 2023-cü ildə borclanma xərclərinin daha da artmayacağına dair bazar gözləntilərini gücləndirdi.
 
FED artıq 0,75% bəndindən 0,5 bənd artıma çevrilib və getdikcə 0,25 artıma keçməsi gözlənilir.
 
Columbia Threadneedle-in strateqi Ed Al-Hussainy deyir ki “Hazırda treyderlərimiz FED-in növbəti iclasında 0,50% artımı üçün 5% şans qoyurlar".
 
Qeyd edək ki, FED növbəti iclasını fevralın 1-də keçirəcək.
 
Valyuta məzənnəsinin aşağı düşməsi dollar indeksini sentyabrda 114 bənddən 101,53-ə qaldırdı. Bu da mayın 31-dən bu yana ən aşağı səviyyədir. Bununla belə, FED rəsmilərinin xəbərdarlıq etməsindən sonra dollar 102,40 səviyyəsinə yüksəldi.
 
Dolların ucuzlaşması inkişaf etməkdə olan bazarların səhmlərinin artmasına səbəb olub. MSCI-nin EM indeksi 2022-ci ildəki 22% azalma ilə müqayisədə bu il 7% artdı.
 
Əmtəələrin çoxu dollarla qiymətləndirilir, ona görə də zəif dollar inkişaf etməkdə olan bazarlar üçün idxal fakturalarını azaltmağa kömək edir. Bu, həm də valyuta ilə qiymətləndirilən borclara xidmət etməyi daha ucuz edir.