
Gələcək işlərə müsbət təsir göstərir
Alan L. adlı bir şəxs demişdir: “Planlaşdırma gələcəyi indiki zamana elə gətirir ki, gələcəyin işini indi görə bilərsən”. Məhz bu səbəbdən gələcək işlərlə bağlı planların hazırlanması çox vacibdir.
Bugün elə bir zamanda yaşayırıq ki, hər şey bir göz qırpımında dəyişə bilər, u isə öz növbəsində planlaşdırmanı daha da problemli məsələyə çevirə bilər. Lakin, hər halda, vaxtında və diqqətlə hazırlanmış planlar istənilən təşkilat və rəhbərliyin qarşıya qoyduğu məqsədlərə nail olmağa, layihələrin icrasına və şirkətin hədəflərini reallaşdırmağa imkan verə bilər.
Qeyd edilən fikirlər Konfutsinin kəlamları ilə də təsdiqlənə bilər. O demişdir ki, gələcək işlərini planlaşdırmayan insanın problemlə üzləşər. Bütün bunlar müxtəlif təşkilatlar və milyonlarla uğurlu şəxsiyyətlər tərəfindən ətraflı şəkildə sınaqdan keçirilmiş və təsdiqlənmişdir. Uğura imza atmış bir çox insan öz işlərini əvvəlcədən planlaşdırmaqla buna nail olmuşdur.
Uğura hazırlıq
İşlərin əvvəlcədən planlaşdırmaqla uğura nail olmaq şansımızı daha da artırmış oluruq. Möhtəşəm işlər yalnız möhtəşəm planlaşdırmaya əsaslandıqda mümkündür. Məhz bu səbəbdən, uğurlu biznes və korporasiyalar gələcək hədəflərə çatmaq və qarşıya çıxan hər bir maneənin aradan qaldırılması məqsədilə onlarla əlaqəli hər bir amilin müvafiq şəkildə nəzərə alınmasına çox vaxt sərf edirlər.
Bu vasitə ilə şirkətlər daha məhsuldar nəticələrin əldə edilməsi şansı qazanacaqlar. Bunun üçün planlar mütəmadi olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Bu onun üçün vacibdir ki, bir çox hallarda ilkin planlar zaman keçdikcə müxfəlif dəyişikliklərə məruz qalır və bu səbəbdən də planların müsbət nəticə verməsi məqsədilə onların effektivliyi və realistikliyi davamlı olaraq təmin edilməlidir.
Araşdırmalar göstərmişdir ki, işlərin əvvəlcədən planlaşdırılması resurs, keyfiyyət, risk, fərziyyə, sahibkarlıq və digər aspektlərlə bağlı yeni məlumatların əldə edilməsi ilə əlaqədar olaraq həmin planlara dəyişikliklərin edilməsi üçün kifayət qədər zamana qənaət etməyə imkan verir.
Komanda inkişafı imkanı
Son onillik ərzində təcrübə göstərmişdir ki, aktiv komanda inkişafı uğurun qazanılmasında müstəsna rol oynayır. Buna baxmayaraq, yaxşı işlənmiş planlar olmadan hətta bu da kifayət etmir.
Buna baxmayaraq, mütəmadi olaraq bir çox biznes və şirkətlərin komanda inkişafının vacibliyini nəzərə almadığının şahidi oluruq. Bu, bir çox hallarda elə vəziyyətə gətirib çıxara bilər ki, komanda daxili və xarici münaqişələrlə üzləşə bilər. Bu isə öz növbəsində aşağı məhsuldarlıq, çaşğınlıq, dağınıqlıq, zəif yaradıcılıq və uğursuzluqla nəticələnə bilər.
Məlumdur ki, işlər əvvəlcədən planlaşdırıldıqda təşkilatın biznes və komanda rəhbərləri ən yaxşı mümkün komandanın təmin olunması üçün kifayət qədər zamana malik olurlar. Bütün bunlar isə ən yaxşı mümkün komandanın təminatı üçün ən yaxşı mümkün planın işlənməsi deməkdir. Bunun üçün isə bütün komanda üzvlərinə əminliklə və ən qısa vaxt ərzində yerinə yetirilə biləcək tapşırıqların verilməsi tələb olunur.
İşlərin təkmilləşdirilmiş şəkildə həyata keçirilməsi məsələsi
“Encore Effect” (Bis effekti) adlı möhtəşəm br kitabda qeyd edilmişdir: “Hərtərəfli hazırlıq nəhəng işlər yaradır”.
Bu artıq sübut edilmiş bir faktdır ki, hazırlıq üçün çoxlu zaman sərf edilməsi və səyin göstərilməsi işin səviyyəsinin artırılmasına zəmin yaradır. İstənilən iş onun planlaşdırılmasına sərf edilən zaman, səy və xərclərlə ölçülə bilər. Buna görə də hazırlıq işləri nə qədər dərindən həyata keçirilərsə məhsuldarlıq da o dərəcədə mükəmməl olacaqdır, cünki, hər iki anlayış ayrılmazdır.
İşlərin əvvəlcədən hazırlanması həmişə məhsuldarlığa həm fərdi, həm də təşkilati və ya biznes səviyyədə ciddi şəkildə təsir göstərir. Görülən işlər mükəmməl hazrlıq və planlaşdırma vasitəsilə əsaslı şəkildə təkmilləşdirildikdə atılacaq addımların aydın təsviri formalaşmış olur.
Bütün qeyd edilənlər nəticəsində daha az stress və narahatlığa və eyni zamanda daha yaxşı xidmət, rəhbərlik səviyyəsində yüksək məhsuldarlıq, daha uğurlu iş mühitinə, o cümlədən, daha yüksək keyfiyyətli məhsulların təmin edilməsinə nail olmaq mümkündür. Bütün bunlar da öz növbəsində bir rəhbər kimi daha effektli və təsirli şəxsə çevrilməyə imkan yaradır.