- Biznes resurslarının izləyin. Nağd pul, xammal, işçi heyəti və istehsal gücü baxımından işinizin nə yerdə olduğunu bilirsinizmi? Bu resurslar işinizin davam etdirilməsi üçün istifadə edilə bilər. Tutduğunuz mövqe haqda həmişə məlumatlı olmalısınız.
- Öhdəliklərinizi bilin. ERP, resurslarınızı öhdəliklərinizlə uyğunlaşdırır. Həyata keçirdiyiniz satışlarla ayaqlaşmaq üçün yetərli istehsal gücünə maliksinizmi? ERP sistemi vasitəsilə resurslarınızı öhdəliklərinizlə sinxronlaşdıra və tələb və təklifin uyğunlaşdırılması üçün planlarınızı sürətlə dəyişə bilərsiniz.
- İstehlakçının davranışlarını təhlil edin. İstehlakçı məlumatlarını təhlil etmək üçün ERP sistemlərindən də istifadə etmək olar. Bu yolla nəyin effektli olub olmadığını və ya bazarda yüksək bir mövqe tutmaq məqsədilə imkanlarınızı təyin edə bilərsiniz.
- Məlumatları idarə edin. Sürətli iş tempində məlumatlar çox vacib rolu oynayır. İşinizin onlayn və oflayn aspektlərini idarə etməli və bütün şöbələrinizin bir-biri ilə əlaqə qurduğundan əmin olmalısınız. ERP vasitəsilə qeyd edilənlərin hamısı mərkəzdən asan şəkildə idarə oluna bilər.
- Vaxtınızı maksimum dərəcədə artırın. Müəssisə resurslarının planlaşdırılmasında əsas məqsəd vaxtınızı maksimum dərəcədə artırmağa kömək edəcək bir sistemin qurulmasıdır. Bundan əlavə, bəzi tapşırıqlarınızı və proseslərinizi avtomatlaşdırmaqla özünüz və ya işçi qrupunuz üçün asudə vaxtın yaradılmasına imkan vermiş olursunuz.

Biznes genişləndikcə onun koordinasiya edilməsi də mürəkkəbləşir. Biznesin miqyası artdıqca onun perspektivlərini daha yaxşı anlamaq üçün müəssisə resurslarının planlaşdırılması (enterprise resource planning - ERP) sisteminin tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Bu, məlumatlara əsaslanan qərarların qəbul edilməsinə yardım edə bilər.
ERP nədir?
Müəssisə resurslarının planlaşdırılması biznesin koordinasiya edilməsi üçün vacib olan planlaşdırma üsuludur. Bu yalnız biznes planı deyil, həm də gündəlik əməliyyatların idarə edilməsi üçün də lverişli şəraitin yaradılmasına imkan verir.
ERP vasitəsilə müştəri sifarişlərinin qəbul edilməsindən tədarük zəncirinin idarə edilməsinədək, maliyyə və büdcə məsələlərinədək biznesin bütün səviyyələrə inteqrasiyası təmin edilir. Bu platforma marketinq və satış, hətta məhsulun planlaşdırılması da daxil olmaqla ümumi təşkilatı əhatə edir. Beləliklə də məlumatların dəqiq və bölmələr üzrə paylanması və gələcək fəaliyyətin planlaşdırılması məqsədilə biznes sistemi düzgün təşkil edilməlidir.
Kiçik biznes üçün ERP ilk baxışda o qədər də əhəmiyyətli hesab edilməyə bilər; lakin biznesin ilk günlərindən bu sistemin tətbiq edilməsi çox vacibdir. Bundan əlavə, biznes genişləndikcə daha çox işçinin işə cəlb edilməsi tələb olunacaq və biznesin idarə edilməsi üçün bir sıra əlavə proseslər meydana gələcəkdir. Bu zaman ERP ən səmərəli üsullardan biri kimi tətbiq edilə bilər.
ERP biznesə necə yardım edir?
ERP yanaşması vasitəsilə biznesin düzgün tənzimlənməsi və effektivliyinin təmin edilməsi üçün onun aşağıdakı işlər görülməlidir: