1. Morbius
Marvel tərəfindən çəkilmiş inanılmaz fantastik filmlərdən biri olan Morbiusda xəstəliyinə çarə axtaran Dr. Michael Morbiusun hekayəsi danışılır. Nadir qan xəstəliyi olan Morbius eksperimental işlərə başlayanda özünü vampirə bənzər inanılmaz məxluqa çevirir. Morbius daim qana ehtiyacı olan bir məxluqa çevrilir və o, artıq işığa çıxa bilmir.
  1. Spider-Man No Way Home
Hörümçək adam seriyası filmlərinin sonuncusu olan bu bölümdə kimliyi ortaya çıxan Hörümçək adamın yenidən gizlənməyə çalışmasını izləyirik. Özünün və bir çox dostunun ifşası ilə həyatı çətinləşən Hörümçək adam yaxından tanıdığı Doctor Strangedən kömək istəyir. Doctor Strange onun üçün xüsusi dərman hazırlayır. Lakin Hörümçək adam yaxın dostlarının onu unutmasını istəmir. Bu vəziyyət hörümçək adam üçün böyük problem yaradacaq.
  1. The Suicide Squad
Harley Quinn və dostlarının yeni macəraya atıldığı bu fantastik filmdə yeni Suicide Squat komandası ilə tanış oluruq. Filmdə silahlı düşmənlər və terrorçularla dolu Corto Maltese adası dövlət üçün böyük problemlər yaradır. Polisin bu problemi həll etmək üçün hazırladığı plan həbsxanada saxlanılan super yaramazları bir komandada birləşdirməkdir.
  1. Jungle Cruise
Özünəməxsus hekayəsi ilə tamaşaçılarını fantastik macəraya aparan Jungle Cruise filmində tibbin gələcəyi üçün mühüm kəşfin arxasınca gedən alim Lilly Houghtonun səyahətini izləyirik. Amazon meşələrinin dərinliklərində həyat ağacı olduğuna inanan Lilly buradan götürəcəyi nümunələrlə yeni dərman kəşf edəcək. Lakin Amazon meşələrinə gedərkən əvvəlcə böyük bir çayı keçməli olur.
  1. Venom: Let There Be Carnage
Venom seriyasının bu 2021 filmində Venoma çevrilmiş Eddi Brokun sərgüzəştlərini izləyirik. Köhnə həyatına qayıtmaq istəyən Eddi Venomun istəklərinə qarşı durarkən həbsdən qaçan qatil Kletus Kasadi ilə əlaqə saxlamaq və ondan müsahibə almaq istəyir. Beləcə, karyerasında irəliləməyi planlaşdıran Eddi birdən-birə mürəkkəb macəranın içinə düşəcək.