Elon Musk Twitter-i əldə etmək üçün orijinal təklifini yeniləməzdən bir neçə gün əvvəl, hər iki tərəf səhm üçün 50 dollarlıq endirimli qiyməti müzakirə etdilər.

Bu, Musk üçün təxminən 8% endirim və onun ilkin 44 milyard dollarlıq təklifi ilə müqayisədə 3,3 milyard dollardan çox qənaət deməkdir. “The New York Times” və “The Wall Street Journal” qəzetlərinin məlumatına görə, digər qiymətlər də müzakirə edilib, lakin səhm üçün 50 dollarlıq qiymət əsas müzakirə mövzusu olub. Bununla paralel Twitter səhmləri cümə günü 49,13 dollar səviyyəsinə düşüb.

Muskın vəkili Alex Spiro Insider-ə bildirib ki, Musk sonda sövdələşməni səhm üçün 54,20 dollara və ilkin şərtlərlə etməyə qərar verib, çünki o, Twitter-in rəhbərləri və idarə heyətinin yenidən edilən müzakirəyə daxil edilməsini tələb etdiyi “hər şeyi” qəbul etməkdən imtina edib.

Twitter bot müzakirəsi davam edir

Spiro Twitter tərəfinin konkret nə tələb etdiyini açıqlamayıb. Bununla belə, aylarla davam edən mübahisəli danışıqların əsas problemi, Muskın Twitter platformasında nə qədər “bot” və ya həqiqi olmayan hesabların olduğunu yanlış təqdim etməsi ilə bağlı iddiası olub. Muskın vəkilləri bununla bağlı fırıldaqçılıq sübutlarını axtarmaq üçün sənədləri təqib edir.

Twitter, Muskdan bot axtarışını dayandırmasını istəyir. Belə ki, bu, hər iki tərəfin səhm üçün 50 dollarlıq daha aşağı sövdələşmə qiymətini müzakirə etdiyi üçün danışıqlar nöqtəsinə çevrilə bilər.

Musk, çox güman ki, sürətliliyi qorumaq istəyirdi, ona görə də orijinal 54,20 dollarlıq təklifə sadiq qalmaq onun üçün daha mənalı ola bilərdi. Həqiqətən də, bazar ertəsi ilk satınalma təklifini yeniləyən məktubda Muskın vəkilləri milyarderin hələ də Twitter-ə qarşı istədiyi hər cür hərəkəti davam etdirə biləcəyini açıqladılar.

Twitter Muskın təklifləri ilə razı olmadı

Twitter tərəfinin, sövdələşmə üçün Muskın borc maliyyələşdirməsi ilə bağlı  müəyyən problem yaratdığı deyilir. Musk bir səhm üçün 50 dollar endirimli qiymət alacaqsa, şirkət onun seçdiyi bankların və digər maliyyəçilərin qərarından asılı olmayaraq, alqı-satqısını tamamlamasını istəyirdi.

Vəziyyətlə tanış olan insanların dediyinə görə, bütün bunlardan yan keçərək, məhkəmə prosesinin sürətlə yaxınlaşması fonunda Musk, sadəcə olaraq, apreldəki birləşmə müqaviləsində razılaşdırılmış bütün şərtlərlə Twitter-i almağı təklif etmək qərarına gəldi.

Bu yaxınlarda aparılan danışıqlar, cümə axşamı "Delaver Kanseriya Məhkəməsində" hüquqi sənədləşmədə, Twitter-in iyul ayında Musk-ı müqavilədən imtina etmək qərarına gəldiyi üçün məhkəməyə verdiyinə işarə edirdi. Musk iddia və məhkəmə prosesinin dərhal və açıq şəkildə dayandırılmasını istədi. Onun vəkilləri bildiriblər ki, mühakimə və iş Muskın yenilənmiş tam qiymət təklifinə faktiki olaraq "ziddir" və Twitter-i “bəli” cavabını verməkdən imtina etməkdə günahlandırıblar. Musk 28 oktyabr tarixinə qədər Twitter-in sahibi ola bilərdi, əgər Twitter "hər şey" istəməyi dayandırsaydı.

Sonda hakim Kathleen McCormick, mübahisəyə fasilə verdi. O, oktyabrın 28-nə qədər məhkəməni təxirə saldı.  Növbəti üç həftə Musk və Twitter "sövdələşməni imzalamaq üçün çalışacaqlar. Əgər onlar razılığa gələ bilməsələr, noyabrda yenidən məhkəmə keçirilə bilər.