Elon Musk-ın Twitter-in reklam biznesini dəyişdirmək üçün işçilərə 1 həftəlik müddət verdiyi və sonra onları işdən çıxardığı bildirildi. O, keçən həftə mühəndisliksatış departamentlərində onlarla işçini işdən çıxarıb.
 
Musk, həmçinin, işçilərə Twitter-in reklam biznesini dəyişmək üçün 1 həftə müddət verib. O, şirkəti təhvil aldıqdan sonra Twitter işçilərinin yarıdan çoxunu işdən çıxarıb.
 
Elon Musk keçən həftə onlarla Twitter əməkdaşını, o cümlədən reklam məhsulları üzərində işləyənləri işdən çıxardı. Onlara şirkətin reklam işini dəyişmək üçün 1 həftəlik müddət verdiSatış və mühəndislik işçilərini ixtisar etməsi, Musk-ın noyabr ayında şirkəti təhvil almasından sonra 3-cü ən böyük ixtisar mərhələsi olduğu bildirilib.
 
O, tweet-ində bildirib ki, "Google-un axtarışda etdiyi kimi, reklamları tweet-lərdəki açar sözlərmövzularla əlaqələndirmək üçün tədbirlər görürük".
 
Milyarder həm Twitter-də, həm də digər şirkətlərində məhdud vaxtlar qoyması ilə tanınır.
 
Şirkətin son ixtisar mərhələsində işdən çıxarılandan biri olan Marcin Kadluczka birbaşa Musk-a hesabat verdi və Twitter-in reklam biznesinin arxasında duran mühəndisliyə nəzarət etdiyini bildirdi.
 
Şirkəti tərk etdikdən sonra Kadluczka öz tweet-ində işini dayandırması barədə yazdı. Görünür, o, Musk-ın 1 həftəlik vaxt qoymasını nəzərdə tutur: "Mən inanıram ki, Twitter 2-3 ay ərzində reklamları həqiqətən təkmilləşdirə bilər (hər halda mütləq 1 həftə ərzində deyil). Kaş deaktiv edilmək yerinə, həqiqətən, işdən çıxarılsaydım".