Theranos, Enron və Scientology-ni araşdıran rejissor bu dəfə Elon Musk haqqında sənədli filmi hazırlayır. Hazırda məşhur rejissor Alex Gibney tərəfindən Elon Musk sənədli filmi çəkilir.
 
Filmin istehsalına aylar qalıb və milyarderin həyatı "qəti və təhrifə uğramamış" şəkildə əks olunması planlaşdırılır. Gibney-in digər sənədli filmləri Scientology, Enron, Theranos-un qurucusu Elizabeth Holmes, WikiLeaks, Steve Jobs və başqa bir sıra mövzuları əhatə edir. O, rəsmi açıqlamasında "Mən bir müddətdir ki, bu film üzərində dayanmadan işləyirəm və bunun üçün çox həyəcanlıyam. Bu görkəmli qrupun mənimlə işləməsindən çox məmnunam. İrəli!" sözlərini vurğulayıb. Jigsaw Productions, filmi Closer Media, Anonymous Content və Double Agent prodüser şirkətləri ilə birlikdə istehsal edir“İndi zəmanəmizin ən nüfuzlu simalarından biri olan Elon Musk-ın təsirli portretinin tam vaxtıdır".
 
Closer Media qurucusu Zhang Xin bildirib ki, "Closer Media Alex Gibney, Anonymous Content və Double Agent ilə birlikdə Musk və onun dünyaya təsirini araşdırmaq çətinliyini öhdəsinə götürməkdən məmnundur”.