Dünyanın ən varlı insanı Elon Musk, OpenAI-a rəqib olmaq üçün ChatGPT alternativi üzərində işləyir.
Elon Musk son həftələrdə AI tədqiqatçılarına ChatGPT-yə alternativ hazırlamaq üçün yeni tədqiqat laboratoriyasının yaradılması ilə bağlı müraciət edib. Musk 2015-ci ildə Sam Altman ilə birlikdə OpenAI-i qurub. Maraqlar toqquşduqdan sonra istefa verməzdən əvvəl, o, 2018-ci ilə qədər onun sədri vəzifəsində çalışıb.
Satya Nadella, Sundar Pichai, Sam Altman və Elon Musk arasında süni intellektin üstünlüyü uğrunda 10 il ərzində əsl döyüş görə bilərik. Bu mübarizə, öyrənmə modellərini və onların arxasında duran şirkətləri daha sürətli, dəqiq, güclü olmağa məcbur edəcək.
A.I inqilabı buradadır və süni intellekt düşündüyümüzdən daha yaxın ola bilər.