Əgər, mövzumuz elmdirsə, əvvəlcə “elm” sözünün etimologiyasına nəzər salaq. Elm-latın dilində bilmək mənasını verən “scio” feilindən düzələn sözdür. Elm dünyada və kainatda baş verən prosesləri təbiət qanunlarına uyğun izah etməyə çalışır.Bu prinsipə söykənərək elm xadimləri müşahidələr aparır, fikirlər irəli sürür, təcrübələrdə bu fikirləri yoxlayırlar. Təbiət qanununu izah etmək üçün formalaşma ardıcıllığı aşağdakı kimidir: Müşahidə→Hipotez→Təcrübə→Nəzəriyyə Elm- obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, yenilənməsi və sistemləşdirilməsi təşkil edir. Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən  başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini xarakterizə edir:
  • elmi əməyin bölünməsi və birliklərinin yaranması;
  • elmi müəssələr, sınaq və laborator avadınlıqların;
  • elmi-tədqiqat işlərinin metodları;
  • dərketmə və kateqoriya aparatı;
  • elmi informasiya sistemi;
  • əvvəldən toplanmış bütün biliklər məcmusu.
Elm  müasir halda XVI-XVII əsrlərdən formalaşmağa başlayıb. XVII əsrdən başlayaraq elmi fəaliyyətlər 10-15 ilə iki dəfə artır. Belə ki, kəşflərin sayı, elmi informasiyala, elmi işçilərin, alimlərin sayı artır. Elmlə məşğul olan şəxslərə “alim” deyilir. Bütün elmi tədqiqatlarda alimlərin fikirləri həmişə eyni olmur. Müəyyən fikir ayrılıqları, müxtəlif mülahizələr yaranır. Nəyin elm, nəyin elm olmadığını anlamaq qəliz deyil. Hansısa bir fikir elmi cəhətdən izah oluna bilmirsə, bu təqdirdə hansısa möcüzədən, vital və fövqəltəbii güclə izah etmək elm deyil. Elm əsaslı fikirlərə söykənir. Elm faydalıdır. Elmin yaratdığı bilik güclü və etibarlıdır. Elmi daim təkmilləşir, genişlənir, gələcək araşdırmalar üçün yeni suallara səbəb olur. Elm heç vaxt “tamamlanmayacaq”. Nəticə Məqalədən belə nəticəyə gəlirik ki, elm obyektiv, sistemli və əsaslandırılmış biliklər əsasında formalaşır. Elm təkcə müşahidə edilən halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilər. Elmlə məşğul olan şəxslərin, alimlərin məqsədi mövcud şəraitdə birbaşa və dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Məhz ona görə də elmlə məşğul olan şəxslərə verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranır.