Əlcəzair yanvar ayında İspaniyanın ən böyük təbii qaz tədarükçüsü kimi adını geri aldı və ölkənin aylıq tələbatının 25%-ni təmin etdi.
 
Enagas rekordlar qırmağa başlayandan bəri Əlcəzair, uzun müddət İspaniyanın ən böyük təbii qaz tədarükçüsü olub. Lakin yanvar ayında Mərakeşin Qərbi Səhranın mübahisəli ərazisi üçün muxtariyyət planının ictimaiyyət tərəfindən tanınmasından sonra Əlcəzair-İspaniya münasibətləri pisləşdi. Bununla da Birləşmiş Ştatlar Əlcəzairi zirvədən saldı. Keçmiş Maghred-Avropa boru kəməri isə 2021-ci ilin son rübündə bağlanmışdı. Boru kəmərinin bağlanmasından sonra Əlcəzair keçən il İspaniya ilə 2002-ci ildə imzaladığı "dostluq, mehriban qonşuluq və əməkdaşlıq müqaviləsi"ni ləğv etdi.
 
Keçən oktyabr ayında Əlcəzairin Sonatrach və İspaniyanın Naturgy şirkətləri 2022-ci il təbii qaz qiymətlərinə yenidən baxdılar. Lakin onlar 2023-cü il qaz qiymətləri ilə bağlı danışıqları təxirə saldılar. Reuters-in keçən oktyabr rəqəmlərinə görə, Sonatrach onilliklər əvvəl imzalanmış müqavilələrə əsasən İspaniyaya ildə təxminən 5 milyard kubmetr qaz tədarük edir. Müqavilələr bu onilliyin sonuna qədər etibarlıdır və vaxtaşırı qiymətlərə baxılır.
 
Bildirirlir ki, Əlcəzair İspaniyaya qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərini yenidən yerinə yetirməyə razılaşdı, baxmayaraq ki, iyun ayında gərginlik artdıqca Əlcəzair Madriddəki səfirini geri çağırmışdı.
 
Verilən hesabatlara görə, keçən ay İspaniyaya ümumi qaz tədarükünün 8545 GWh-ı Medgaz boru kəməri ilə Əlcəzairdən gəlib. Yanvar ayı üçün ABŞ İspaniyanın təbii qazının 20,7%-ni, Nigeriya isə 20,2%-ni təmin etməklə üçüncü yerdədir. Eyni zamanda, İspaniyanın Rusiya tədarükləri yanvar ayında illik müqayisədə üç dəfə artaraq 2,178 GWh-dan 6372 GWh-a yüksəldi. Bu, iyun ayından bəri ən yüksək həcmdir.
 
Qeyd edək ki, keçən həftə Enagas, İspaniyada LNG (liquefied natural gas) yükləyən və Avropaya gedən gəmilərin sayının 2021-ci ilə nisbətən 2022-ci ildə iki dəfə artdığını bildirdi.