Relativity Space dünyanın ilk 3D çaplı raketini buraxmağa hazırlaşır. Terran 1 raketinin şənbə günü Canaveral burnundan havaya qalxacağı gözlənilir. Uğurlu olarsa, o, orbital uçuşa çatan ən böyük 3D çap obyektinə çevriləcək.
3D çap edilmiş raket Jeff Bezos-un Blue Origin adlı kosmik startapının keçmiş mühəndisi Tim Ellis-in ideyasıdır. Terran 1 Relativity Space-in ilk funksional raket modelidir. Bu, həm də dünyanın ilk 3D çaplı raketidir. Raket onu yerdən qaldırmaq üçün doqquz mühərrikdən istifadə edəcək. Həmçinin o, təxminən 2800 funtluq yükü aşağı yer orbitinə daşıya biləcək.
Raketin 85%-i nəhəng 3D metal printerlər vasitəsilə çap edilib. 20,500 funtluq raketin hündürlüyü 110 fut və eni 7,5 futdur. Relativity Space indi onu ilk dəfə uçuşda sınaqdan keçirməyə hazırdır. Çərşənbə günü raketin ilk buraxılış cəhdi təxirə salındı. Lakin şirkət martın 11-i şənbə günü, saat 1-dən 4-ə qədər yenidən raketin buraxılmasına cəhd etməyi planlaşdırır.
Relativity Space üçün ilk addım raketin bütöv bir hissəsini qura bilən 3D metal printerlərin dizaynı idi. Stargate adlanan printerlər raketi təxminən 1000 ədəd çap etməlidir. Bu o deməkdir ki, çap etdikləri ən böyük parçaların hündürlüyü təxminən 20 futdur.
"Şirkəti yaratdığımız zaman mövcud olan ən böyük printerlər yalnız bir kub fut işləyə bilərdi. Şirkətin etməli olduğu ilk şey dünyanın ən böyük metal 3D printerlərini icad etmək idi"- deyə Ellis bildirdi.
Relativity Space həmçinin tamamilə 3D çap edilmiş raket mühərrikləri hazırlayıb. Bu mühərriklər AEON 1 və AEON R, AEON VAC adlanır. Onların hamısı fəaliyyətdə olmaq üçün maye oksigen və maye metanın qarışığından istifadə edirlər. Terran 1-in ikinci mərhələsini gücləndirən doqquz AEON 1 mühərriki var.
Relativity Space SpaceX-in keçmiş texniki direktoru və həmtəsisçisi Tom Mueller tərəfindən qurulan Impulse Space ilə birlikdə məhsulları üçün iddialı bir zaman qrafiki təyin edib. Şirkət TerranR-ı 2024-cü ilə qədər Marsa göndərməyi hədəfləyir. Əgər belə olsaydı, Ellis Elon Musk-ın şirkətini məğlub edərdi və bu missiya Marsa gedən ilk kommersiya missiyası olardı.
"2024-cü il hiper-aqressiv bir tarixdir. TerranR-də icra sürətimiz olduqca sürətli idi. Düşünürəm ki, bu, bacardığımız qədər tez bir zamanda icra etmək qabiliyyətimizin açarı olacaq"- deyə Ellis əlavə edib.
Həmçinin Ellis deyib ki, onların Impulse Space ilə razılaşmasına əsasən, Mars rover-ini (planetar səthi kəşfiyyat cihazı) ən geci 2029-cu ilə qədər çatdırılmalıdır.
"Düşünürəm ki, bu, missiyaya sadiq olduğumuzun və mütləq bunu həyata keçirəcəyimizin əlamətidir".
Ellis deyir ki, öz yanaşması ilə raket istehsalı sənayesində inqilab edəcək.
"Bu, Tesla-nın qaz daxili yanma mühərriklərindən elektrikləşdirməyə keçidinə daha çox bənzəyir. Onlar başa düşdülər ki, sadəcə elektrik mühərriklərindəki akkumulyatorları götürüb onları ənənəvi istehsal xəttindəki Ford və ya Nissan-a tətbiq etmək olmaz".
Lakin bir çoxları şirkətin yüksək ambisiyalarına nail olub-olmayacağına şübhə ilə yanaşırlar.