6-cı yerdə qərarlaşan brendin bəlkə də öz adından çox onun sahibinin adını eşitmisiz. Bəli, bu öz fərqli fikirləri və gündəmi sarsan sözləri ilə məşhur olan Elon Muskun “Tesla”-sıdır. 2022 may hesabatına əsasən dəyəri 734 M dolladır. Bir kitab satışı ilə başlayıb hazırda 5-ci yerdə yer alan şirkəti demək olar ki hamı tanıyır. Elekton ticarət dedikdə ilk ağıla gələn bu firma təbii ki Amazondur. Onu da deyək ki, şirkətin hazırki CEO'su Andy Jassydir. Jeff Bezosun adi bir qarajda qurduğu bu brendin dəyəri son hesabata əsasən 1,091 T dollardır. 4-cü yerdə yerləşən şirkət isə demək olar ki, artıq həyatımızın bir hissəsinə çevrilib. Bəli, düzgün tapdınız bu – Googledir. 2015-ci ilin avqustundan bəri CEO-su Hindistan əsilli menecer Pichai Sundararajandir. Hətta hər gün bir yeniliklə qarşımıza çıxan bu brendin dəyəri isə 1,445 T dollardır. İndi isə gəldik 3-cü pilləyə. Burada bizi Microsoft qarşılayır.  4 fevralt 2014-ci ildə CEO olarak Steve Ballmerin ve 2021-ci ildə John W. Thompsonın yerini alaraq Microsoftun idarə heyətinin sədri olan Satya Nadella görünür ki bu işin olduqca yaxşı gəlir. Çünki bu brendin dəyəri hazırda 1,893 T dollardır. Təbii ki Apple-siz siyahı olmaz. Steve Jobs 24 avqust 2011-ci ildə Apple şirkətinin baş direktoru vəzifəsini tərk etdikdən sonra Tim Cook, Apple-ın yeni CEO-su oldu və hazlrda da bu vəzifədədir. 2022-ci il may hesabatına əsasən 2-ci yerdə qərarlaşan brendin dəyəri isə 2,223 T dollardır. İlk sırada olan şirkəti isə bəziləriniz təəccüblə qarşılaya bilər. Belə ki 1-ci yerdəki brend Saudi Aramco-dur. Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini 82 faiz artırıb. Dəyəri 2,3 trilyon dollara yüksələn Saudi Aramco 2,2 trilyon dəyərində Apple-ı geridə qoyaraq ilk dəfə dünyanın ən dəyərli brendi oldu.