
Ötən həftələrdə dünya bazarlarında inflyasiya ilə yanaşı diqqət çəkən məsələlərdən biri də durğunluq olub. İqtisadiyyatda durğunluq gözləntilərinin güclənməsi ilə bazarlara inam da eyni sürətlə zəifləyir. Bəs, dünya iqtisadiyyatında narahatlıq doğuran zəifliklər hansılardır? İqtisadçı yazıçı Ergin Yıldızoğlu vəziyyəti təhlil edib.
İqtisadiyyatda tənəzzül gözləntisi gücləndikcə, investorların bazarlara inamı da eyni sürətlə zəifləyir. "Financial Times" qəzetinin şərhində vurğulandığı kimi, "İnvestorlar indi nəyə güvənəcəklərini bilmirlər. Birjalar düşür, səhmlərin qiyməti düşür". Bu siyahıya "qızıl düşür"ü də əlavə edə bilərik.
Vanguart Global Corporate istiqraz indeksi və MSCI qlobal fond bazarı indeksi illik 12-13 faiz azalıb. Neft, qaz və strateji metalların qiymətləri də çox dəyişkəndir və durğunluq gözləntiləri qarşısında onların enmə tendensiyası güclüdür və bu eniş tendensiyası həm də tənəzzülün xəbərçisidir.
Buğda və qarğıdalı kimi taxılın da qiyməti sürətlə artır, lakin başqa bir problem də var: bu qiymət artımının inkişaf etməkdə olan ölkələrdə səbəb ola biləcəyi siyasi qeyri-sabitliyin iqtisadi nəticələrinin inkişaf etmiş ölkələrin maliyyə bazarlarına təsir etməsi ehtimalı, xüsusilə, borc böhranı kontekstində gözardı edilməyəcək qədər çox güclüdür. Burada da inkişafın mümkün istiqaməti tənəzzülə işarə edir.