Mülkiyyət böhranından sərt Covid nəzarətinə qədər son üç onillikdə Çin iqtisadiyyatı bir çox problemlə üzləşir. Amma inflyasiya onların arasında deyil.
 
Keçdiyimiz günlərdə açıqlanan məlumatlar göstərdi ki, oktyabr ayında istehlak qiymətləri illik müqayisədə 2,1% artıb. İstehsalçı qiymətləri, malların fabrik qapılarından çıxarkən qiymətlərinin ölçüsü, 2020-ci ildən bəri ilk dəfə mənfiyə düşüb.
 
Ümumi olaraq, ərzaq və enerji sektorunu nəzərə almasaq, Çində əsas inflyasiya 0,6% təşkil etdi. Buna baxmayaraq, Çin deflyasiya təhlükəsi ilə mübarizə aparır. İstehlakçıları qiymətlərin daha da aşağı düşməsi ümidi ilə alışı gecikdirməyə təşviq etməklə yanaşı, deflyasiya borcalanlar üçün problemdir. Çünki borclarının real dəyərini artırır və bugünkü gəlirlərlə müqayisədə onların qaytarılmasını çətinləşdirir.
 
İnflyasiyaya gəldikdə isə, Çində inflyasiyanın gələcəyi onun sıfır Covid siyasəti ilə bağlıdır.
 
Digər tərəfdən, Çində hökumət son bir il ərzində ABŞ və Avropada görülən geniş stimulları işə salmaq əvəzinə pul siyasətini yumşaltmağa çalışdı. Lakin Pekin, sıfır Covid üçün bir çox xərcləri öz üzərinə götürən və artıq inşaatçılara torpaq satışına etibar edə bilməyən yerli hökumətlərinə bu cür stimul verməyə məcbur ola bilər.
 
Ancaq bu, əsas ssenari deyil. Diqqətinizə çatdıraq ki, Çin, Covid siyasəti çərçivəsində deflyasiyaya yaxınlaşır. Bunun qlobal iqtisadiyyata necə təsir edəcəyi isə hələlik məlum deyil.