2022-ci il noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatdı.
Proqnozlara görə, Hindistanın 2023-cü ildə Çini keçərək dünyanın ən sıx əhali məskunlaşdığı ölkə olacağı qeyd edilir.
Birləşmiş Millətlər Təşkilatının son proqnozlarına görə, dünya əhalisi 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çata bilər. 2080-ci illərdə isə rəqəmlərin təxminən 10,4 milyarda çatması gözlənilir.
2050-ci ilə qədər dünya əhalisinin proqnozlaşdırılan artımının yarıdan çoxu 8 ölkədə cəmləşəcək: Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya Birləşmiş Respublikası.
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zhenmin bu barədə deyir: -Əhalinin artımı və davamlı inkişaf arasında əlaqə mürəkkəb və çoxölçülüdür. Əhalinin sürətli artımı yoxsulluğun aradan qaldırılmasını, aclıq və qida çatışmazlığı ilə mübarizəni, səhiyyə, eyni zamanda təhsil sistemlərinin əhatə dairəsinin artırılmasını çətinləşdirir.
65 və yuxarı yaşda olan dünya əhalisinin payının 2022-ci ildə 10%-dən 2050-ci ildə 16%-ə yüksələcəyi proqnozlaşdırılır. Əhalisinin qocaldığı ölkələr dövlət proqramlarını artan yaşlı insanların sayına uyğunlaşdırmaq üçün tədbirlər görməlidir.
Birləşmiş Millətlər Təşkilatının İqtisadi Əhali Departamentinin Direktoru Con Vilmot isə əlavə edib ki, “Hökumətlərin məhsuldarlığın azaldılmasına yönəlmiş növbəti tədbirləri bugünkü dünya əhalisinin gənc yaş strukturu səbəbindən indi və əsrin ortaları arasında əhalinin artım tempinə az təsir göstərəcək. Buna baxmayaraq, aşağı məhsuldarlığın məcmu təsiri, bir neçə onilliklər ərzində davam edərsə, əsrin ikinci yarısında qlobal əhali artımının daha əhəmiyyətli ləngiməsinə səbəb ola bilər”.