Dopamin - Dopamin beyindəki bir növ nörotransmitterdir. Əvvəl etdiyiniz kimi oxumaqda, öyrənməkdə ya da hər hansı bir zəhmət tələb edən işi edərkən çox çətinlik çəkdiyiniz üçün diqqət çatışmazlığı probleminiz olduğunu düşünürsünüz? Son zamanlarda bu problemdən əziyyət çəkən insanların sayı artıb. Bu insanların bir xüsusiyyəti var ki, onlar kitab oxuyarkən və ya hər hansı bir zəhmət tələb edən işlərdə çox tez darıxırlar amma instaqram kimi sosyal media şəbəkələrinə daxil olaraq əvvəllər paylaşdığı postlara gedir və bəlkə də burada heç diqqəti yayınmadan saatlarla vaxt keçirir. Əgər belə bir problem yaşayırsınızsa, sizdə problem diqqət çatışmazlığı ilə əlaqəli deyil, bu beynin istehsal etdiyi hormon olan dopaminlə əlaqəlidir. Dopamin təbii olaraq bədən tərəfindən kimyəvi bir xəbərçi kimi istehsal olunur və bir çox davranış və fiziki funksiyalara təsir göstərir, o cümlədən:
  • öyrənmək
  • motivasiya
  • yatmaq
  • əhval
  • diqqət və s.
Dopamin istehsalında artıqlıq və ya çatışmazlıq psixi sağlamlıqda  problemlərə səbəb ola bilər. Dopamin detoksu nədir? Dr.Cameron Sepah dopamin  detoksun yaradıcısıdır.O, kliniki praktikada bu texnikadan texnoloji işçilər və vençur kapitalistlərində istifadə edir. Doktor Sepahın məqsədi müştərilərini telefon siqnalları, mətnlər və sosial media bildirişləri kimi müəyyən stimullardan olan asılılıqdan xilas etməkdir.Doktor Sepah dopamin detoksunun hədəfi kimi bir neçə kompulsiv davranışı müəyyən etmişdir:
  • emosional yemək
  • həddindən artıq internet istifadəsi və oyun
  • qumar və alış-veriş
  • həyəcan və yenilik axtarışı
  • Nakotik və psixoloji problemlər üçün dərmanlar istifadə etmək