Çinin CNOOC şirkəti Bohai dənizində 100 milyon tondan çox neft ekvivalentində neft aşkar edib.
Şirkətin məlumatına görə, yeni yataq 20 milyon tondan çox xam neft və 9 milyard kubmetrdən çox təbii qaz hasil edə bilər.
Son illərdə Çin iqtisadiyyatında sürətli artım müşahidə olunur. Tələbat artdığı üçün hökumət yerli neft və qaz hasilatını artırmaq üçün səylərini artırıb. Bu səylərə CNPC və CNOOC kimi dövlətə məxsus böyük şirkətlər rəhbərlik edir.
CNOOC-un baş kəşfiyyat mühəndisinin müavini Xu Changgui bildirib ki, “Bozhong 26-6, Kenli 6-1 və Kenli 10-2-dən sonra Bohai dənizinin cənubunda kəşf olunmuş və yüz milyon ton ehtiyata malik üçüncü neft yatağıdır. O, Çindəki ən böyük metamorfik basdırılmış təpə neft yatağı kimi müəyyən edilib.”
Şirkətin baş icraçı direktoru bildirib ki, CNOOC Çinin şərq sahillərində xüsusilə Bohai dənizində geniş miqyaslı perspektiv kəşflər axtarmağa davam edəcək.
Bohai dənizi şirkət üçün mühüm kəşfiyyat sahələrindən biridir. Şirkət rəsmiləri bildirib ki, onlar orta və böyük ölçülü neft və qaz yataqlarını axtarmağa davam edəcəklər.
Keçən il CNOOC, Cənubi Çin dənizində təxminən 8,76 milyard barrel neftə malik olan ilk dəniz şist neft və qaz kəşfi olduğunu bildirdi. Təhlilçilərin fikrincə, Çinin şist yataqları, ən azından quruda olanlar, geoloji cəhətdən çətin formasiyalara malik olduqları üçün bu kəşf mühüm əhəmiyyətə malik idi. Bu yataqların istismarı əksər hallarda iqtisadi cəhətdən sərfəlidir.
Keçən il başqa bir Çin nəhəngi- Sinopec bu dəfə quruda daha böyük bir kəşf etdiyini elan etdi. Şirkətin məlumatına görə, Tarım hövzəsinin kəşfi 1,7 milyard ton xam neft ehtiyyatına malik ola bilər.