Çin Yer orbitində qurduğu kosmik stansiyanın bir hissəsini təşkil edəcək ilk laboratoriya modulunu kosmosa göndərib. İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, "Vıntien" modulu "Long March-5B Y3" daşıyıcı raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Gəmi Fırlatma Mərkəzindən buraxılıb. Bildirilib ki, kosmos stansiyasının yerləşdiyi yerdən 400 kilometr yüksəklikdəki Aşağı Yer Orbitinə çıxan modul buraxılışdan 8 dəqiqə sonra stansiya ilə növbəti saatlarda birləşəcək. 20,5 metr uzunluğundakı modul Çinin indiyədək kosmosa göndərdiyi ən böyük texnikadır. Adı Çin dilindən tərcümədə “göyləri axtarmaq” mənasını verən “Vıntien” modulunun stansiyanın əsas hissəsi olan “Tienhı”nin (səmavi harmoniya) əsas moduluna əlavə edilməsi planlaşdırılır. Vıntien'in əsas modulun ehtiyat nüsxəsi kimi də istifadə edilə bilən eksperimental platforma olması hədəflənir. Çinin Kosmos Stansiyasının Qurulma Planı ABŞ kosmosun tədqiqi sahəsində əməkdaşlığı qadağan etdiyindən və onun Beynəlxalq Kosmik Stansiya (BKS) proqramında iştirakına mane olduğu üçün Çin öz kosmik stansiyasının yaradılması üzərində işləyir. Əsas modul, iki laboratoriya modulu və bir kosmik teleskopdan ibarət olması planlaşdırılan Tiengong (səma sarayı) stansiyası tamamlandıqdan sonra Rusiyanın hazırda fəaliyyətdə olmayan Mir Kosmik Stansiyasının ölçüsü ilə təxminən eyni olacaq. Stansiyanın əsas hissəsi olan “Tienhı” (səma harmoniyası) adlanan nüvə modulu 29 aprel 2021-ci ildə kosmosa buraxılıb. Əsas skeleti tamamlamaq üçün əsas modula iki laboratoriya modulunun əlavə olunması nəzərdə tutulur. "Mıngtien" (göyləri xəyal etmək) adlanan ikinci laboratoriya modulunun da oktyabr ayında kosmosa göndərilməsi planlaşdırılır. Əsas skelet qurulduqdan sonra "Şüntien" (səmaları gəzmək üçün) adlı kosmik teleskopu ayrıca modul olaraq stansiyaya əlavə olunacaq. 2022-ci ilin sonuna qədər tamamlanması planlaşdırılan stansiyada 3 nəfərlik taikonavt komandası növbətçilik edir.