Çin ciddi nəzarətlərə qarşı etirazlardan cəmi bir həftə sonra insanları karantin düşərgələrinə məcbur etmək də daxil olmaqla, ən sərt COVID siyasətlərini ləğv edir.
Xəbər verilir ki, COVID-i olan insanlarda simptomlar yoxdursa, indi müəssisələrdə deyil, evdə təcrid oluna bilərlər. Artıq onlar əksər məkanlar üçün testlər göstərməyə ehtiyac duymurlar və ölkə daxilində daha sərbəst hərəkət edə bilərlər.
Vətəndaşlar rahatlaşdıqlarını, eyni zamanda qəfil dəyişikliklərdən narahat olduqlarını ifadə etdilər.
Genişmiqyaslı dəyişikliklər Çinin nəhayət sıfır COVID siyasətindən uzaqlaşdığını və dünyanın qalan hissəsi kimi "virusla yaşamaq" istədiyini göstərir.
Qeyd edək ki, ölkə ən böyük infeksiya dalğası ilə mübarizə aparır - hər gün 30,000-dən çox yoluxma.
İndiyə qədər Çin, COVID-ə yoluxmuş insanları və yaxın təmasda olan hər kəsi karantin düşərgələrinə getməyə məcbur edirdi.
Bu siyasət isə çox da xoş qarşılanmırdı. Çünki buna əsasən, insanlar ailələrindən ayrılmalı və evlərindən çıxmalı olurdu. Həmçinin COVID mərkəzlərinin bəzilərində məişət şəraitinin pis olduğu və kadrların qeyri-kafi olduğu da bildirilir.