Çin avtomobil istehsalçısı BYD keçən aydan etibarən benzin və dizellə işləyən adi avtomobillərin istehsalını dayandırdığını açıqlayıb. Şirkətdən verilən açıqlamada, gələcəkdə sadəcə "Yeni Enerji Vasitəsi" (NEV) adlanan təkrar doldurulan, akkumulyatorlu, hibrid və yanacaq hüceyrəli elektrik avtomobilləri istehsal edəcəyi bildirilib. Açıqlamada bildirilib ki, şirkət bazarda mövcud olan benzin və dizel mühərrikli avtomobillərə texniki xidmət və satış sonrası dəstək xidmətlərini davam etdirəcək. Şirkətin məlumatlarına görə, BYD mart ayında 104 min 338 minik avtomobili satıb, bunun 50 min 674-ü hibrid modellər, 53 min 664-ü isə tam elektrikli modellərdir. Benzin və dizellə işləyən avtomobillər isə satılmadı. BYD Çində elektrikli avtomobil bazarında ən böyük paya malikdir.