ABŞ-ın Chevron şirkəti Əlcəzairlə enerji kəşfiyyatı razılaşmasına nail olmaq üçün səylərini artırıb və Şimali Afrika ölkəsinin təxmin edilən nəhəng şist qazı ehtiyatlarını qiymətləndirir.
 
Digər böyük enerji şirkətləri, o cümlədən EniTotalEnergies, Rusiyanın Ukraynanı işğal etdikdən və Qərbə tədarükünü kəsdikdən sonra, Rusiyanın Avropaya təbii qaz nəqlini əvəz edəcək mənbələr olaraq ƏlcəzairŞimali Afrikanı görür.
 
Bildirilir ki, Chevron fürsətləri araşdırmaq üçün Əlcəzairə nümayəndələr göndərib və bu nümayəndələrdən bəziləri son həftələrdə Əlcəzair rəsmiləri ilə görüşüb.
 
Chevron həmçinin Əlcəzairin böyük şist qazı ehtiyatlarını qiymətləndirir. ABŞ Enerji İnformasiya Administrasiyasının tərtib etdiyi məlumatlara görə, Əlcəzairin 706,9 trilyon kubfutla, dünyanın üçüncü ən böyük şist qazı ehtiyatlarına malik olduğu güman edilir. Bu da ABŞ-ın 622,5 trilyon kubfut olaraq təxmin edilən şist qazı ehtiyatlarından çoxdur. Yalnız Çin və Argentinanın Əlcəzairdən daha çox şist qazı ehtiyatlarına sahib olduğu təxmin edilir.
 
Chevron-un sözçüsü bildirib ki, "Əlcəzair ənənəvi və qeyri-ənənəvi neft və qaz kəşfiyyatı üçün əhəmiyyətli potensiala sahib dünya səviyyəli neft sisteminə malikdir". Lakin o, konkret imkanlar və ya müzakirələr barədə şərh verməkdən imtina edib.
 
Chevron 2000-2010-cu illərdə dünyanın ən böyük dərin su qazı kəşflərindən biri olan İsrail dənizindəki nəhəng Leviafan qaz yatağında paya sahib olmaqla Aralıq dənizində fəaliyyət göstərir. ABŞ supermajoru həm də Şərqi Aralıq dənizində yerləşən Nargis Offshore Area Consession əməliyyatının operatorudur. Keçən ay Eni Chevron Holdings C Pte-nin yerləşdiyi ərazidə Nargis-1 qazma quyusunda əhəmiyyətli yeni qaz kəşfi elan etdi.
 
Böyük neft və qaz şirkətləri 2027-ci ilə qədər Rusiya qazından imtina etmək istəyən Avropaya qaz tədarükü üçün Aralıq dənizi və Şimali Afrikada əlavə müqavilələr imzalamağa çalışırlar.
 
Eni-nin baş icraçı direktoru Klaudio Descalzi keçən ay bildirib ki, Avropa Afrikadan qazı Avropa Birliyinə “cənub-şimal” enerji oxu vasitəsilə ötürməlidir.