
“İzvestiya” mətbuat xidmətinə istinadən yazır ki, “Ekaterra” beynəlxalq çay şirkəti Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib.
Şirkət belə bir qərarın verildiyini, mövcud vəziyyətin onun biznesinin sabit inkişafına imkan vermədiyini izah edib.
Ekaterra-nın dayandırılması o deməkdir ki, Lipton, Saito və Brooke Bond çay markaları 2022-ci ilin sonuna kimi Rusiyada istehsalını dayandıracaq. Bundan sonra Ekaterra onların Rusiya bazarında satışını və yayılmasını tamamilə dayandıracaq.
Telegram kanalı Mash yazır ki, Sankt-Peterburqdakı zavodun işçilərinə şirkətin ləğv ediləcəyi, ştatların ixtisar ediləcəyi bildirilib. Unilever məişət kimyası və kosmetika istehsalı fabrikinin ikinci binası adi qaydada fəaliyyətini davam etdirəcək.
2021-ci ilin payızında Unilever, Lipton brendi və Brooke Bond da daxil olmaqla Ekaterra-nın 4,5 milyard avroya investisiya və konsaltinq şirkəti CVC Capital-a satıldığını elan etdi. Müqavilə 2022-ci ilin iyulunda bağlanıb.