Brent markalı neft qlobal iqtisadi yavaşlama təhlükəsindən demək olar ki, azad olub.
21 fevral qlobal iqtisadi yavaşlamanın yanacağa olan tələbini azaldacağına dair qorxular investorları təşvişə saldı və investorlar əvvəlki günkü qazanclardan mənfəət götürməyə başladılar. Nəticədə Brent markalı neftin qiyməti çərşənbə axşamı ucuzlaşıb.
Çərşənbə günü Federal Ehtiyat Sisteminin son iclası keçiriləcək. Son iclasda inflyasiya, faiz dərəcələri, risklərin müzakirə olunacağı gözlənilir. İnvestorlar bu iclasın protokollarını, həmçinin, yeni qəbul olunacaq qərarları səbrsizliklə gözləyirlər.
Brent markalı neft 66 sent və ya 0,8% ucuzlaşaraq bir barrel üçün 83,41 dollar olub. Çərşənbə axşamı günü West Texas Intermediate (WTI) markalı xam neftin qiyməti 4 sent və ya 0,1% artaraq 76,38 dollar olub.
Bazar ertəsi ABŞ-da rəsmi tətil olduğu üçün West Texas Intermediate (WTI) markalı xam neftin qiyməti dəyişmədi. Aprel ayında WTI markalı neftin 23 sent artaraq 76,78 dollar olacağı gözlənilir.
Brent markalı neft dekabrın sonundan etibarən ticarət diapazonunun ortasındadır və bir barel üçün neftin qiyməti 78-88 dollar arasında dəyişir. Analitiklərin fikrincə, ABŞ-ın faiz artımı ilə bağlı narahatlıqları var. Bəzi investorlar bu şəraitdən mənfəət götürməyə çalışır.
Çinin neft idxalının 2023-cü ildə rekord həddə çatması ehtimalı və dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistanın tələbatının artması, həmçinin, tədarükün azalması fonunda bütün diqqətlər indi dünyanın ən böyük iqtisadiyyatına sahib və ən böyük neft istehlakçısı olan ABŞ-a yönəlib.
Bəzi analitiklərin fikrincə, ABŞ-a baxmayaraq neft qiymətləri qarşıdakı həftələrdə təklif çatışmazlığı və tələbin yenidən artması səbəbindən arta bilər.
Analtiklərin fikrincə “Çinin Rusiya xam neftinə olan tələbi Ukraynadakı müharibədən əvvəlki səviyyəyə qayıdır. Qərb, Çin və Hindistana alternativ mənbələr axtarmaq üçün təzyiq göstərməyə çalışacaq ki, bu da neft bazarına təsir edəcək.
Qərbin Rusiya neft və neft məhsullarına qiymət məhdudiyyətləri tətbiq etməsindən sonra Rusiya mart ayında gündəlik neft hasilatını 500 min barel və ya hasilatın təxminən 5%-i miqdarında azaltmağı planlaşdırır.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ay 2023-cü il üçün qlobal neft tələbi artımı proqnozunu qaldırsa da, aylıq hesabatında təşkilatın razılaşması çərçivəsində Səudiyyə Ərəbistanı, İraq və İranda yanvar ayında xam neft hasilatının azaldığını göstərir.