BP bu ilin əvvəlində rəqib şirkətlər olan Orsted, Iberdrola və RWE-dən işə yeni kadrlar cəlb etmişdir. Bu yeni işə götürülmələrdən sonra o, dəniz külək biznesinin idarə edilməsini yenidən təşkil edib.
Bərpa olunan enerji sektorunda şirkətlər üçün getdikcə artan rəqabət şəraitində bu təyinatlar, yaşıl enerjinin yayılması üçün neft və qaz sənayesinin ən iddialı hədəflərindən bəziləri olan Böyük Britaniyada siyahıya alınmış şirkət üçün böyük nəaliyyətdir.
Şirkətin baş icraçı direktoru Bernard Looney-in rəhbərliyi altında BP biznes xaricindən daha çox rəhbər işçiləri işə götürür. Hətta fevral ayında Looney Tesla, Vodafone, 7-Eleven və Toyota Araşdırma İnstitutu kimi bir sıra şirkətlərdən indiyə qədər 36 yüksək səviyyəli menecerin gəldiyini söylədi.
Looney 2020-ci ilin fevralında baş icraçı vəzifəsinə təyin olunduqdan sonra o, aşağı karbonlu layihələrə investisiyaları on dəfə artırmağı və 2030-cu ilə qədər 50 GVt bərpa olunan enerji əldə etməyi vəd edib.
Qeyd edək ki, bu ay BP üçüncü rübdə demək olar ki, tamamilə karbohidrogenlər hesabına 8,2 milyard dollar mənfəət əldə etdiyini bildirdi. Eyni zamanda şirkətin beş keçid biznesinə sərmayə qoyuluşu - bioyanacaq, rahatlıq (qida), enerji doldurma, bərpa olunan mənbələr və hidrogen, nəticədə də 2025-ci ilə qədər ümumi kapital xərclərinin 40 faizinə çatacağı gözlənilir.
Şirkət eyni zamanda bildirib ki, BP-nin dəniz külək bölməsində təxminən 200 işçi var və növbəti iki il ərzində heyətin yarıdan çoxunun başqa şirkətlərdən işə götürülməsi ilə 800 nəfərə çatmağı planlaşdırır.