Böyük Britaniya inflyasiyası enerji və ərzaq qiymətlərinin artması fonunda oktyabr ayında 41 ilin ən yüksək səviyyəsinə çataraq 11,1%-ə yüksəldi.
Milli Statistika İdarəsi inflyasiyanın 1981-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyədə olduğunu və sentyabrda 10,1% olduğunu bildirib. Reuters-in sorğusuna qatılan iqtisadçılar oktyabr ayı üçün 10,7% nisbətini gözləyirdilər.
Oktyabr ayında yüksək qiymət artımı kansler Ceremi Hantın cümə axşamı günü payız bəyanatı üçün çətin bir fon yaradır və İngiltərə Bankının inflyasiyanı 2%-lik hədəfə endirmək üçün faiz dərəcələrini daha da artırmalı olacağını göstərir. BoE-nin dekabr ayında dərəcələri indiki 3% səviyyəsindən daha da artıracağı gözlənilir.
Oktyabr ayında yaşayış minimumunun kəskin artması, hökumətin enerji zəmanətinə baxmayaraq, qaz, elektrik enerjisi və ərzaq qiymətlərinin artması ilə əlaqədardır.
ONS-in məlumatına görə, ərzaq qiymətləri inflyasiyası oktyabr ayında kəskin şəkildə - 16,5% artaraq son 45 ilin ən yüksək göstəricisini nümayiş etdirib.
ONS-in baş iqtisadçısı Qrant Fitzner deyib: “Son bir il ərzində qazın qiymətləri təxminən 130%, elektrik enerjisi isə təxminən 66% artıb”.
Rəqəmlərdə nisbətən parlaq bir nöqtə, ərzaq və enerji istisna olmaqla, əsas inflyasiyanın oktyabrda 6,5% səviyyəsində sabit qalması olub ki, bu da sentyabrda olduğu kimidir. İqtisadçılar isə oktyabr ayında bu rəqəmin 6,4%-ə enəcəyinə ümid edirdilər.
Baş nazir Rishi Sunak, inflyasiyanın "üz-üzə gəlməli olduğumuz düşmən" olduğunu və onu mümkün qədər tez azaltmağa ümid etdiyini söylədi.
Hunt isə yaşayış böhranının dərinləşməsinə səbəb kimi Rusiyanın Ukraynadakı müharibəsini göstərdi. Lakin inflyasiyanın qarşısını almağa kömək etmək üçün Payız Bəyanatında "vergi və xərclərə dair sərt, lakin zəruri qərarlar" qəbul edəcəyinə söz verdi.
BoE qubernatoru Andrew Bailey, mərkəzi bankın Covid-19 böhranı zamanı iqtisadiyyatı dəstəkləmək səyləri çərçivəsində pul çap etmək və aktivlər almaqla inflyasiyaya şərait yaratdığını söylədi.
İqtisadçılar Böyük Britaniyada inflyasiyanın pik həddə çata biləcəyini, lakin gələcək aylarda düşə biləcəyini söylədilər. Amma buna baxmayaraq baş verəcək azalma prosesinin ləng olacağı barədə xəbərdarlıq etdilər.