
ABŞ-ın təyyarə istehsalçısı “Boeing” Rusiyadan titan alışını dayandırdığını açıqlayıb.
Şirkətdən verilən açıqlamada, titan ehtiyatlarının inventarının və müxtəlifliyinin təyyarə istehsalı üçün kifayət qədər təchizatı təmin etdiyi ifadə edildi. Açıqlamada Rusiyadan titan alınmasının dayandırıldığı qeyd edilib.
Böyük rus titan istehsalçısı VSMPO-AVISMA-nın verdiyi açıqlamada, uzunmüddətli tərəfdaşlarla müqavilələrin dayandırılmasından təəssüfləndiyi ifadə edildi.
Açıqlamada şirkətin Rusiyada və dünyada vəziyyəti izlədiyi və bu nəticəyə hazır olduğu bildirilib.