Avropalı avtomobil istehsalçıları BMW və Stellantis, tədarük zəncirindəki çətinliklərə baxmayaraq, yüksək qiymətlər və avtomobillərə güclü tələbat sayəsində artan gəlirlər barədə keçdiyimiz günlərdə müsbət məlumat verdilər.
 
Belə ki, BMW-nin üçüncü rübdə satışları üçdə birdən bir qədər artaraq 37,2 milyard avroya çatıb. Qeyd edək ki, BMW-nin Çin tərəfdaşlığı 2003-cü ildə qurulmuşdu və şirkət bu il BMW nəticələrinə birləşdirilən əlaqənin 2040-cı ilə qədər uzadılacağını elan etdi
 
Alman avtomobil istehsalçısı keçən illə müqayisədə bir qədər aşağı satış hədəfi də daxil olmaqla, bütün il üçün əvvəlki maliyyə həllərini saxladı. Müştərilərə təhvil verilən avtomobillərin sayının Çində tədarük zəncirlərindəki qlobal qarışıqlığın və Covid kilidlərinin təsirinə baxmayaraq keçən illə müqayisədə daha yaxşı olacağını gözləyirdi.
 
Keçən həftə rəqib Volkswagen isə ehtiyat hissələrinin çatışmazlığını əsas gətirərək yeni avtomobillər üçün çatdırılma hədəfini aşağı saldı.
 
Təchizat zənciri böhranları və Çinin Covid siyasəti BMW-nin üfüqündəki yeganə qaranlıq deyildi. Eyni zamanda şirkət xəbərdarlıq etmişdi ki, yüksək inflyasiya və faiz artımı istehlakçılar üçün vəziyyəti daha da çətinləşdirir. Bu da gələcək aylarda onların alışlarına təsir göstərəcək.
 
Şirkət, enerji çatışmazlığının bu il istehsala mane olacağını gözləmədiyini söylədi. Lakin əlavə etdi ki, enerji və xammal xərcləri ilin qalan hissəsində yüksək səviyyədə qalacaq.
 
Bütün bunlara baxmayaraq, BMW-nin faiz və vergidən əvvəl qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 3,68 milyard avroya çatıb. Onun bu il təxminən 15% ucuzlaşan səhm qiyməti keçdiyimiz günlərdə 3% daha ucuzlaşıb. Jeep və Peugeot-un sahibi Stellantis isə üçüncü rübdə satışların 29% artaraq 42,1 milyard avroya çatdığını söylədi.
 
Nəticə etibarilə, avtomobil tədarükləri bir il əvvəllə müqayisədə 13% artaraq 1,3 milyona çatdı. Çünki bir il əvvəl yaranan yarımkeçirici çatışmazlığı artıq azalmağa başlayıb. Akkumulyatorlu elektrik modellərinin satışı isə bir il əvvəllə müqayisədə 41% artıb.