Blockchain (bloklar zənciri) - kompüter şəbəkəsinin qovşaqları arasında paylaşılan paylanmış verilənlər bazası və ya hesablar sistemidir. Blockchain-in adındakı block verilən sahəsindən ibarət bir strukturdur, chain isə blokları bir-biri ilə kriptoqrafik olaraq bağlayan zəncirdir. Nəticədə də, blockchain - blokların bir-biri ilə kriptoqrafik olaraq birləşməsindən ibarət olan zəncir yaranır və bu zəncir Distrubuted Ledger Technologie (Paylanmış hesablar sistemi) adlanır. Kriptoqrafik cəhətdən qorunan bloklar zənciri ilk dəfə Stuart Haber və W Scott Stornetta tərəfindən təsvir edilmişdir, lakin Blockchain-in istifadəsinə 2009-cu ildə məhşur kriptovalyuta olan Bitcoin-in yaradılması ilə başlandı. Əslində, pulun heç bir dəyəri yoxdur və adi kağız parçasıdır. Pul ona görə dəyərə sahibdir ki, insanlar onu dəyərli qəbul edir. Yəni pul formasında olan dəyərin arxasında hər hansı bir iqtisadi gücün olması şərtdir. Misal üçün:  ABŞ dolları ona görə dəyər sahibidir ki, onun arxasında ABŞ-ın iqtisadiyyatı durur. Bəs Bitcoində necə? Bitcoinin arxasında isə heç bir dövlət durmur, sadəcə internet. İnternet isə heç kimin deyil. Bu zaman sual yaranır. Bitcoin özü necə işləyir? Ənənəvi maliyyə sistemində pul əməliyyatları banklar vasitəsi ilə həyata keçirilir və pulun kimdən və hara getdiyini görmək mümkündür. Bitcoin şəbəkəsində isə pul və tranzaksiyanın özü də rəqəmsaldır. Hər bir tranzaksiya kriptoqrafik şifrə formasında göndərilir. Bir sözlə, istifadəçilər bir-birinə Bitcoin göndərən zaman şifrələnmiş rəqəm və hərflərdən ibarət uzun bir kod görür. Bu kodlar isə sistem istifadəçiləri arasında kollektiv inam prinsipinə əsasən pul formasında bir dəyər kimi qəbul edilirsə, deməli bitcoin onlar arasında dəyərlidir. Sistem isə özü bu kodu pul kimi görür, qəbul edir və qeydiyyata alır. Bu sistemin adı – Blockchain-dir! Blockchain-in xüsusiyyətləri 1) Sistemdaxili məlumatların dəyişdirilməsi mümkün deyil. Blockchain elə qurulub ki, hər hansı bir bloku dəyişmək istəsək, zəncirvari bütün məlumatlar dəyişdirilməlidir; 2) Mərkəzləşdirlilmiş reyestrin olmaması. Blockchain-də istifadəçilərin bir-birinə etibar etmələrinə ehtiyac yoxdur. İstənilən məlumat və ya əməliyyat avtomatik olaraq şəbəkədə qeydiyyata alınır və hər bir istifadəçi rahat şəkildə verilənlər bazasında bütün məlumatlara baxa bilər. Həmçinin, kompüteriniz zədələnərsə və ya xaker hücümuna məruz qalarsa narahat olmağa dəyməz, çünki blockchain-in verilənlər bazası bütün istifadəçilər arasında var. Eyni vaxtda isə bütün kompüter şəbəkəsinin sıradan çıxması mümkün deyil. Blockchain-in istifadə sahələri                                                                        Blockchain texnologiyası maliyyə xidmətlərinin göstərilməsindən tutmuş səsvermə sistemlərinin idarə edilməsinə qədər bir çox müxtəlif məqsədlər üçün istifadə olunur. Əsasən kriptovalyuta, ağıllı müqavilələrin hazırlanması, bankçılıq, ağıllı səsvermələr və bu kimi sahələrdə istifadə edilir. Blockchain-in üstünlükləri 1) Yüksək dəqiqlikli əməliyyatlar. Blockchain əməliyyatı bir neçə qovşaq tərəfindən təsdiqlənməlidir. Bu  xətanı azaldır.  Bir node verilənlər bazasında səhv olarsa, digərləri bunun fərqli olduğunu görəcək və xətanı tutacaq. 2) Yüksək təhlükəsizlik. Nəzəri cəhətdən blockchain kimi mərkəzləşdirilməmiş şəbəkə saxta əməliyyatlar edilməsini qeyri-mümkün edir.  Saxta əməliyyatları yerinə yetirmək üçün xakerlər hər bir qovşağı sındırmalı və hər sistemi dəyişdirməli olacaqlar. 3) Vasitəçilərə ehtiyac olmaması. Blockchain istifadə edərək, bir əməliyyatda iki tərəf üçüncü tərəf vasitəsilə işləmədən bir əməliyyatı təsdiqləyə və tamamlaya bilər. Bu, həm vaxta qənaət edir, həm də bank kimi bir vasitəçi üçün ödəniş xərclərinə qənaət edir. 4) Daha effektiv transferlər. Blockchainlər 7/24 işlədiyi üçün insanlar xüsusilə beynəlxalq səviyyədə daha səmərəli maliyyə və aktiv köçürmələri edə bilərlər. Onların bankın və ya dövlət qurumunun hər əməliyyatı əl ilə təsdiq etməsini günlərlə gözləməsinə ehtiyac yoxdur.