Cümə günü Ümumdünya Səhiyyə Təşkilatının Omicron adlı variant haqqında verdiyi açıqlamadan sonra Bitcoin demək olar ki, 8 faiz ucuzlaşıb. Yeni mutasiya ilə Avropada halların sayının artması iqtisadiyyatlar üçün də narahatçılıq yaratdı. Bir çox ölkədə yenidən məhdudiyyətlər və səyahət qadağaları da bazarlarda çaxnaşma yaratdı. Birjalar dəyərini itirdi. Bazarlardakı çaxnaşma kriptovalyuta dünyasına da təsir etdi. 20 faiz azalıb Ən böyük kriptovalyuta olan bitkoin 8 faiz ucuzlaşaraq 54 500-dən aşağı düşüb, bu, oktyabrın 12-dən bəri ən aşağı səviyyədir. Həmçinin, cümə günü qiymət intervalı sentyabrın 20-dən bəri ən böyük bir günlük eniş olub. Bitcoinin ucuzlaşmasının səbəbi, investorların iqtisadiyyata mənfi təsir edəcəyi düşünülən bu kimi hallarda riskli aktivlər kimi görülən qiymətli kağızlardan və kriptovalyutalardan imtina etməsidir. ƏN AŞAĞI SƏVİYYƏYƏ AZALDI Bitkoin tarixi zirvəsini bu ayın əvvəlində görərək 69.000 dolları keçib. Bitkoinin son qiyməti pikdən 20 faiz geri qalır. Bu arada Bitcoin-in ucuzlaşması digər coinlərə də təsir edib. Bazar dəyərinə görə ikinci ən böyük Ethereum, 11,6 faiz azalaraq bir həftənin ən aşağı səviyyəsinə düşdü.