Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance Avropa Birliyinin bu yaxınlarda açıqladığı sanksiya paketi çərçivəsində Rusiya vətəndaşları və qurumları tərəfindən ediləcək əməliyyatlara 10 min avro tavan qiyməti tətbiq etməyə hazırlaşır. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı son sanksiyaları elan etdikdən sonra Binance Rusiya vətəndaşlarına xidmətini məhdudlaşdıracaq. Bloomberg mənbələrinə görə Binance Rusiya vətəndaşları və qurumlarının əməliyyatlarını 10 min avro (10 885 dollar) limiti ilə məhdudlaşdıracaq. Avropa İttifaqı daha əvvəl elan etdiyi beşinci sanksiyalar paketində Rusiyanın sanksiyaları aşmasına mane olan tədbirlərə diqqət yetirdiyini və sui-istifadə edilə biləcək boşluqları aradan qaldırmağı hədəflədiklərini açıqlayıb.