ABŞ prezidenti Co Bayden növbəti dəfə 2024-cü maliyyə ili üçün büdcəsində milyarderlər, varlı investorlar və şirkətlər üçün daha yüksək vergi dərəcələri təklif edir.
 
Cümə axşamı açıqlanması planlaşdırılan Konqresə büdcə müraciətində Bayden milyarderlər üçün minimum 25% vergi dərəcəsini tələb edir. Bunu Bloomberg təkliflə tanış olan Ağ Evin adı açıqlanmayan rəsmisinə istinadən xəbər verir. Bu, onun əvvəllər tələb etdiyi minimum 20% vergi dərəcəsi üzərində beş faiz bəndi sıçrayış olacaq. Axios cümə axşamı hesabatında bu məlumatı təsdiqlədi.
 
Bloomberg-ə görə Bayden həmçinin kapital artımı vergi dərəcəsini 20%-dən 39,6%-ə qədər artırmağı təklif edir. Baydenin təklif etdiyi digər dəyişikliklərə korporativ vergi dərəcəsinin 21%-dən 28%-ə yüksəldilməsi və Bloomberg-ə görə, 400,000 dollardan çox qazanan amerikalılar üçün ən yüksək vergi dərəcəsinin 37%-dən 39,6%-ə yüksəldilməsi daxildir.
 
ABŞ Prezidentinin təklifi fevralın 7-də Birlik Dövləti ilə bağlı müraciətində minimum milyarder vergiləri çağırışını təzələdikdən sonra gəldi. Həmin vaxt o, varlılar üçün minimum 20% vergi bəndi tələb edirdi.
 
"Bu minimum vergi, ən varlı amerikalıların artıq müəllimlər və yanğınsöndürənlərdən daha aşağı vergi dərəcəsi ödəməməsini təmin edəcək"- deyə Ağ Ev bildirib. Sənəddə deyilir ki, milyarderlər adi bir ildə orta hesabla cəmi 8% vergi ödəyirlər.
 
Bayden 2022-ci ilin mart ayından varlı ev təsərrüfatları üçün daha yüksək vergilər tələb edirdi. Lakin bu addım Nümayəndələr Palatasına nəzarət edən Respublikaçıların müqaviməti ilə üzləşəcək.
 
Büdcə Konqresdə borc "tavanı" ilə bağlı şiddətli müzakirələr fonunda gəlir. Demokratlar iyul ayında ABŞ-ın pulu tükənməzdən əvvəl bunu 31 trilyon dollardan qaldırmaq istəyirlər. "Tavan" hökümətin artıq təsdiq etdiyi xərclər üçün borc ala biləcəyi maksimum məbləğdir.
 
Eyni zamanda, Bayden administrasiyası borclara bel bağlamaq əvəzinə, xərcləri maliyyələşdirmək üçün ölkənin gəlirlərini artırmaq istəyir. Lakin respublikaçılar xərclərin azaldılmasının tərəfdarıdırlar.
 
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre çərşənbə günü keçirdiyi mətbuat brifinqində büdcə ilə bağlı məlumat verdi. Onun sözlərinə görə Baydenin 2024-cü il büdcəsi yaxın 10 ildə ABŞ-ın kəsirini təxminən 3 trilyon dollar azaltmağı hədəfləyir.