Bir qrup fəal vətəndaş Bakının bütün avtobus marşrutlarını, metro stansiyalarının xəritələrini "Google Maps"a daxil etmişdilər ki, insanlar rahat, sərfəli bu xidmətdən istifadə etsinlər. Xidmətin adı "Transit for Baku"-dur.
Bu faydalı işi görənlər indi deyirlər ki, BNA tərəfindən marşrutlar haqqında məlumat onlara gec verilir, və ya heç təqdim edilmir. Bakı Nəqliyyat Agentliyinə göndərilən sorğular isə cavabsız qalır. Məhz buna görə, bu Bakıda "Google Maps" xəritəsində ictimai nəqliyyat marşrutları görünməyəcək məlumatlandırma sistemi Google-xəritələrdən yığışdırılacaq.⠀
Bir çox ölkələrdə, o cümlədən Türkiyədə, nəyinki marşrutun özü, hətta avtobus və qatarın neçə dəqiqədən sonra gəlməsi Google Maps-də görsənir və bu məlumat hansısa həvəskar deyil, dövlət səviyyəsində Google-a təqdim olunur.
Bununla bağlı Transit for Baku adlı komanda açıq məktub yayımlayıb: