Hər bir şirkətinin fəaliyyətində mütəmadi olaraq qarşılanan satınalma predmetlərindən biri kompyuter avadanlıqlarının alışıdır. Kompyuter alışı zamanı şirkətlər onun nəznində çalışan işçilərin effektiv fəaliyyətini tənzimləmək üçün, pozisiya dərəclərinə uyğun olaraq kompyuter parametrləri müəyyənləşdirir. Bizim araşdırmamızın əsas məqsədi bazarda, professional və standard parametrlərə uyğun olan laptopların qiymət aralığı müəyyənləşdirməkdir. İlk öncə professional və standard laptopların texniki parametrlərini nəzərdən keçirək. Sözü gedən laptoplar xüsusi dizayn proqramlarında istifadə üçün nəzərdə tutulmadığınıdan video kart göstəriciləri nəzərə alınmayıb.
Parametr Professional Laptop Standard Laptop
CPU (prosessor) 7 nüvəli 3.0 Ghz 2 nüvəli 2.0 Ghz
HDD (Sərt disk) 500 GB 500 GB
Operativ yaddaş 32 GB 8 GB
Mövcud parametrlərə uyğun olaraq müxtəlif markaların qiyməti araşdırılıb, professional kateqoriyası altında olan laptoplar üçün optimal qiymət aralığı 1800-2100 AZN və standard laptoplar üçün isə 650-750 AZN kimi optimal qiymət müəyyənləşdirilmişdir. Qeyd olunan qiymət aralıqları, Lenovo, HP, DELL, ACER, TOSHİBA marklarının müqayisəsi əsasında formalaşmışdır. Professional laptoplar üçün tələb olunan prosessorlar İntel, standard üçün isə AMD kimi nəzərdə tutulmuşdur.