- Kənd təsərrüfatı sahələrinin intensivləşdirilməsi və məhsuldarlıq üçün yeni texnologiyaların tətbiqi
- Torpaqlardan istifadənin köklü surətdə yaxşılaşdırılması
- Xammal və məhsulların maya dəyərinin aşağı salınması
- Şoranlaşma və eroziyaya qarşı texnoloji həllərin tətbiq olunması və b.
- Texnoloji həllər riskli halların aradan qaldırılması və məhsuldarlığın artırılması üçün effektiv vasitə olduğundan bu cür həllərə geniş yer verilməlidir.

Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Aydın məsələdir ki, ölkəmiz prizmasından iqtisadi inkişafa təkan verən sahələr aqrar sahə, qeyri-hökumət təşkilatlarının inkişafı ola bilər.
Aqrar inkişaf Kənd Təsərrüfatının rolu ilə mümkündür. Azərbaycandakı kənd təsərrüfatına yararlı zəngin sahələrin və rəngarəng iqlimli regionların olması müxtəlif növdə, keyfiyyətli və emala dəyər məhsul yetişdirilməsinə imkan verir. İqlim müxtəlifliyi subtropikdən tundraya doğru dəyişir ki, bu da iki dəfə məhsul yığımı üçün əlverişlidir. Bu sahə şimal-şərq, cənub, cənub-şərq, qərb ərazilərində üstünlük təşkil edir. Statistika Komitəsinin cari araşdırmalarına əsasən, əhalinin 40%-i bu sahədə çalışsa da, iqtisadiyyatda rolu azalmaqdadır.
İqtisadiyyat Nazirliyi sahəyə olan marağı artırmaq üçün sahə üzrə fəaliyyət göstərən sahibkarlara vergi güzəştləri tətbiq edir.
Aqrar sahə mütəxəssislərinin gözündən isə görülməli olan tədbirlər bunlardır: