Eurostat bu gün bildirib ki, İrlandiya 2021-ci ildə Avropa İttifaqında istehlak malları və xidmətləri üçün ən yüksək qiymət səviyyəsinə sahibdir. Danimarka ilə yanaşı, İrlandiya Avropada ən yüksək qiymət səviyyəsinə sahib ölkə çıxıb və bu Aİ orta qiymətinin 140%-i dəyərindədir. Ardından isə digər üzv dövlətlər Lüksemburq (132%), İsveç (128%) və Finlandiya (126%) bahalı dövlətlər cərgəsindədir. Ən aşağı qiymətlər Polşada (60%) və Rumıniya və Bolqarıstanda, (hər ikisi 56%) olub. Bu Eurostat tərəfindən dərc olunan istehlak malları və xidmətlərin qiymət səviyyələri haqqında məlumatlardan əldə edilib. Məlumatlar həmçinin göstərir ki, ən geniş qiymət boşluqları restoranlarda və otellərdə, spirt və tütündə olub. 2021-ci ildə restoran və otellərin qiymət səviyyəsi ən bahalı ölkədə ən ucuz ölkədən təxminən 3,4 dəfə yüksək olub. Qiymət səviyyələri Bolqarıstanda AB ortalamasının 46%-i, Rumıniyada 54%-i və Macarıstanda 62%-i, Danimarkada ortalamanın 155%-i, İsveçdə 137%-i və Finlandiyada 133%-i arasında dəyişib. Alkoqol və tütün qiymət səviyyəsi fərqinə görə ikinci yeri tutmuşdur, ən aşağı qiymət səviyyələri Bolqarıstanda (Aİ orta göstəricisinin 64%-i), Polşada (72%) və Macarıstanda (79%), ən yüksək isə İrlandiyada (205%), Finlandiya (173%), İsveç (136%) və Danimarka və Fransa (hər ikisi 134%). Bu böyük qiymət dəyişikliyi əsasən bu məhsulların vergiyə cəlb edilməsindəki fərqlərlə bağlıdır. Ərzaq və alkoqolsuz içkilər göstəriciləri isə ən ucuz Rumıniyada (Aİ orta göstəricisinin 69%-i) və Polşada (72%), ən bahalı isə Lüksemburqda (ortalamanın 125%-i), Danimarkada (120%) və İrlandiyada (119%) olub. Geyim, Bolqarıstanda orta qiymətin 76%-dən Danimarkadakı 134%-ə qədər, Üzv Dövlətlər arasında qiymətlərin daha az fərqləndiyi məhsullar qrupudur. Fərdi nəqliyyat avadanlığı da Üzv Dövlətlər arasında daha kiçik qiymət fərqi qeydə alınıb, Polşa (Aİ orta 81%) ən ucuz və Danimarka (138%) ən bahalı dövlətlər olub. Qiymət fərqləri istehlakçı elektronikası üçün də məhdud idi, Polşada orta qiymətin 88%-dən Hollandiyada 113%-ə qədər olub.