Macarıstanın aviaşirkəti olan Wizz Air Böyük Britaniyadan Yaxın Şərq və Asiyaya uçuşlar üçün yeni planlar hazırlayır. Avropa bazarına diqqət yetirən aviaşirkət Böyük Britaniyadan Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Səudiyyə Ərəbistanı da daxil olmaqla bu istiqamətlərə səfərlər planlaşdırır.
Wizz Air Britaniya üzrə idarəedici direktoru Marion Geoffroy bildirib ki, şirkət 47 yeni uzun mənzilli təyyarələrindən bəzilərini Avropa- Asiya istiqamətli marşrutlarda istifadə edəcək. Eyni zamanda bildirək ki, yeni marşrutlarda istifadə olunacaq "A321XLR" təyyarələri dəniz mili məsafəsinə malikdir və 11 saata qədər uça bilir. Bu da yanacaq səmərəliliyinə və daha ucuz biletlərə üstünlük verən aviaşirkətlərə uyğundur.
Beləliklə, 2004-cü ildə qurulan və 2015-ci ildə Londonda siyahıya alınan aviaşirkət, Avropanın aşağı büdcəli bazarında "Ryanair"-in əsas rəqibinə çevrildi.
Lakin keçdiyimiz il şirkət üçün heç də asan olmadı. Pandemiya zamanı yanacaq dəyişikliyi etdikdən sonra təyyarə yanacağının qiymətinin qəfil artması şirkətə maddi olaraq pis təsir etmişdi. Qeyd edək ki, şirkətin 2021-ci ildə rekord həddə çatan səhmləri bu il təxminən 70% ucuzlaşıb. Çünki investorlar Avropanın aşağı qiymətli bazarında üstünlük təşkil edən "Ryanair"-ə investisiya qoyurdular. Bununla belə, "Wizz"-in problemləri aviaşirkətin ambisiyalarını Avropadan kənarda genişləndirməsinə mane olmadı və aviaşirkət Abu Dabidə yeni müəssisə quraraq Yaxın Şərqdə daha geniş inkişaf strategiyası həyata keçirməyə başladı.
Hətta bütün aviaşirkətlər üçün pisləşən iqtisadi perspektivdə, "Wizz"-in iddialı bir böyümə gündəmi ilə irəlilədiyi üçün "rasional" və "fürsətçi" olması barədə iddialar da var. Belə ki, şirkət adətən Avropada daha qısa səfərlərdə istifadə olunan tam iqtisadi konfiqurasiya tipində təyyarələrə 200-dən çox sərnişini yerləşdirməyi planlaşdırır. Şirkət əmindir ki, sərnişinlər daha ucuz biletlər üçün rahatlıq və uçuş zamanı əyləncəni qurban verəcəklər.