Avropa Şurasının prezidenti Çarlz Mişel gələn həftə Xi Jinping ilə görüşmək üçün Pekinə gedəcək.

AŞ-nın 27 üzv dövlətinin liderlərini təmsil edən Mişel dekabrın 1-də Xi və digər yüksək vəzifəli rəsmilərlə görüşmək üçün Pekinə səfər edəcək. 2018-ci ildən bəri ilk dəfədir ki, AŞ prezidenti Xi ilə Çində görüşür.

Görüş Çin və Qərb gücləri arasında münasibətlər üçün həssas vaxta təsadüf edir. Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə və Tayvana qarşı mövqeyi əlaqələri gərginləşdirib.

Nəzərinizə çatdıraq ki, Xi-Mişel görüşü, keçən ay AŞ liderlərinin Vaşinqton və Pekin arasında dərinləşən rəqabət fonunda blokun Çin ilə münasibətlərini necə tənzimləmək barədə strateji müzakirəsindən sonra keçirilir.

“Gərgin geosiyasi və iqtisadi mühit fonunda bu səfər həm AŞ, həm də Çin üçün yaxşı bir fürsətdir. AŞ və Çin liderləri qlobal çağırışlarla yanaşı, ümumi maraq doğuran mövzuları da müzakirə edəcəklər”, - deyə AŞ görüş barədə bildirib.

ABŞ-ın daha sərt mövqeyinə riayət etməsi üçün təzyiqi altında olan Brüssel Pekindən ağır iqtisadi asılılığı azaltmaq məqsədi ilə Çinlə əlaqəsini yenidən nəzərdən keçirir. Vaşinqton və AŞ dövlətləri bunu Avropa iqtisadiyyatı üçün əsas zəiflik kimi görürlər. Onlar hesab edirlər ki, üzv ölkələr Çinə qarşı münasibətlərini yenidən yoxlamalı və onu potensial fəaliyyət sahələrinə malik hərtərəfli rəqib kimi görməlidir.

Komissiyanın xarici siyasət şöbəsi üzv dövlətlərə deyib: “Çin AŞ, ABŞ və digər həmfikir tərəfdaşlar üçün daha da güclü qlobal iqtisadi rəqibə çevrilib”.

Həmçinin bildirilib ki, insan haqları, iqlim dəyişikliyi, iqtisadi əlaqələr və qlobal sağlamlıq problemləri danışıqların bir hissəsini təşkil edəcək.