• Avropa Mərkəzi Bankı inflyasiya ilə mübarizəyə sadiq qalaraq ardıcıl 5-ci dəfə faiz dərəcələrini artırıb.
  • Avropa Mərkəzi Bankı inflyasiya ilə mübarizəni davam etdirdiyi üçün depozit faizini 50 baza bəndi artırıb.
  • Siyasətçilər eyni ölçülü artımı növbəti pul siyasəti iclasında etməyi planlaşdırırlar.

ECB (European Central Bank), Rusiyanın Ukraynadakı müharibəsindən irəli gələn və Avropada artan inflyasiya ilə mübarizə aparır.

ECB-nin İdarəetmə Şurası əsas depozit faizini 50 baza bəndi və ya 0,5 faiz bəndi artıraraq 2,5%-ə çatdırıb. Bu da, şuranın növbəti iclasında oxşar ölçülü artım gətirməyi planlaşdırdığına işarə etdi.

Siyasətçilər 11 ildə ilk dəfə borclanma xərclərini qaldıraraq, iyul ayında faiz dərəcələrini -0.5%-dən qaldırmağa başladılar.

ECB-nin pul siyasəti komitəsi bildirib ki, "İdarəetmə Şurası faiz dərəcələrini sabit templə əhəmiyyətli dərəcədə artırmaq və inflyasiyanın 2%-lik orta müddətli hədəfinə vaxtında qayıtmasını təmin etmək üçün bu siyasətini davam etdirəcək".

Mərkəzi Bank, Rusiyanın Ukraynaya təcavüzündən sonra, bütün Avropada yüksələn inflyasiyanın səviyyəsini aşağı salmağa çalışdığı üçün dərəcələri 5 dəfə artırıb.

Qeyd edək ki, investorlar 50 bəndlik artımı gözləyirdilər. Bankın açıqlamasından sonra isə avro dəyişməyərək 1,10 dollardan bir qədər aşağı olub.