- Lionel Messi bazar günü Argentinaya Dünya Kubokunu qazanmağa kömək etməklə, "futbol tarixinin ən yaxşı oyunçusu" statusunu möhkəmləndirdi.
- Argentina 3:3 hesablı heç-heçədən sonra Fransanı penaltilər seriyasında məğlub etdi və 35 yaşlı futbolçu iki qol vurdu.
- Bazar gününə qədər Argentina sonuncu dəfə 1986-cı ildə Dünya Kubokunu qazanmışdı.
Bazar günü Qətərdə keçirilən Dünya Kubokunun finalında 3:3 hesabı ilə heç-heçə edən Argentina Fransanı penaltilər seriyasında məğlub edərkən Lionel Messi bütün zamanların ən böyük futbolçusu statusunu möhkəmləndirdi.
Finaldan əvvəl bu matçın Argentinada son matçı olacağını açıqlayan 35 yaşlı oyunçu oyunun 23-cü dəqiqəsində penaltidən hesabı açıb.
Ángel Di Maria qısa müddət sonra Argentinanın ikinci qolunu vurdu. Lionel Scaloni komandanı finala tam kökləyə bilmişdi.
Lakin Messinin Paris Saint-Germain komanda yoldaşı Kilian Mbappenin qolları matçı əlavə vaxta daşıdı.
Messi, oyunun bitməsinə 10 dəqiqə qalmış topu qapı xəttindən keçirərkən Argentinanın qalib olacağını düşünürdü. Lakin Mbappé yenidən penalti nöqtəsindən qol vurdu və het-trikini tamamlayaraq oyunu penaltilərə daşıya bildi.
Penalti vuruşlarında Argentinadan Messi, Dybala və Paredes fərqlənərkən, Fransadan Kingsley Coman və Aurélien Tchouaméni dəqiq oynaya bilmədilər. Nəticədə Argentina titula sahib çıxdı.
Bazar gününə qədər Argentina sonuncu dəfə Dünya Kubokunu 1986-cı ildə, mərhum Dieqo Maradona komandada olduğu vaxt qazanmışdı.
2014-cü il Dünya Kubokunun finalında Almaniyaya uduzaraq Messinin nə vaxtsa Maradonanın şücaətini təkrarlaya biləcəyinə və beynəlxalq futbolun ən böyük mükafatını ələ keçirmək üçün özünü böyüklər panteonuna əlavə edə biləcəyinə şübhələr üzə çıxırdı. Xüsusən Argentina Qətərdə Səudiyyə Ərəbistanı ilə keçirilən ilk matçda məğlub olduqdan sonra.
Bununla belə, Səudiyyə Ərəbistanına məğlubiyyətdən sonra Messinin başçılıq etdiyi Argentina, finala gedən yolda Avstraliya, Hollandiya və Xorvatiyanı məğlub edərək finala adını yazdırdı.
Messi bu üç oyunun hər üçündə qol vurdu və finalda dubl etməsi ilə Dünya Kuboku tarixində son 16, 1/4 final, yarımfinal və finalın hamısında qol vuran yeganə oyunçu oldu.
Bu heyrətamiz şücaətinə görə o, titulu qaldırmazdan bir neçə dəqiqə əvvəl "Turnirin Oyunçusu" mükafatına layiq görüldü.
Futbol tarixində heç bir oyunçu Messinin qazandığı nailiyyətlərə nail olmayıb.
FC Barcelona ilə 17 illik fəaliyyəti ərzində o, 778 matçda 672 qol vuraraq, 10 La Liqa və 4 UEFA Çempionlar Liqası titullarına yiyələnmişdir.
Messi bu müddət ərzində altı dəfə dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan "Ballon d'Or"-u da qazandı.
Argentinaya Amerika Kubokunu qazanmağa kömək etdikdən sonra 2021-ci ildə PSJ oyunçusu olaraq yeddinci dəfə bu titulu qazandı. Həmçinin bu Argentina milli komandasının 1993-cü ildən bəri ilk kuboku idi.
İndi Dünya Kubokunu qazandıqdan və zəngin futbol kolleksiyasını tamamladıqdan sonra onun səkkizinci dəfə "Ballon d'Or"-u qazanacağına şübhə yoxdur.