App Store, Apple Arcade, Music və Maps daxil olmaqla bir çox Apple xidmətlərində fasilələr yaranır. Şirkətin status səhifəsi 2:45 p.m. ET vaxtı ilə (Bakı vaxtı ilə 22:45 bazar ertəsi) iMessage və iCloud ilə əlaqəli digər kəsilmələrin həll edildiyini söylədi. Apple keçən rübdə xidmətlərdən 19,2 milyard dollar gəlir əldə etmişdi, beləliklə, uzun müddət dayanma əhəmiyyətli təsir göstərə bilər. Ancaq bu cür kəsilmələr, adətən, müvəqqəti olur. Bəzi hallarda, App Store kimi proqramlar yüklənəcək, lakin yüklənmə yarıda qalacaq və ya proqramı endirməyə icazə verilməyəcək. Digər hallarda, proqram tamamilə yüklənməyəcək. Kəsintiyə nəyin səbəb olduğu bəlli deyil və Apple nümayəndəsi şərh verməkdən imtina etdi. Bloomberg kəsintinin Apple-ın korporativ və pərakəndə işçilər üçün daxili xidmətlərinə də təsir etdiyini və "məhsulun təmirinə, dəyişdirilməsinə və əşyaların götürülməsinə mane olduğunu" söylədi.