"Apple"-ın öz ekranlarından istifadə ilə bağlı açıqlamasından sonra, LG Display-in  səhmləri 4% ucuzlaşıb

"Apple" Inc, "Samsung" və "LG" kimi tərəfdaşlardan asılılığını azaltmaq üçün 2024-cü ilə qədər mobil cihazlarda öz fərdi displeylərindən istifadə etməyi planlaşdırır. "Apple" gələn ilin sonuna qədər ən yüksək qiymətli "Apple Watch" məhsulunun ekranını dəyişdirərək bu prosesə başlamağı hədəfləyir.

"Mac" kompüterlərində "Intel" çiplərindən istifadəni dayandıran texnologiya nəhəngi indi mobil cihazlarda da öz ekranlarından istifadə etməyi hədəfləyir.

Bu addım, şirkətin öz məhsullarının dizaynı və xüsusiyyətlərinə daha çox nəzarət etmək və daxili komponentlərdən istifadə etmək cəhdinin bir hissəsidir. Bu məlumatın yayımlanmasından sonra LG Display-in  səhmləri 4% ucuzlaşıb.