ABŞ-ın biznes ictimaiyyəti enerji və ərzaq qiymətləri ilə bağlı artımların, eyni zamanda Ukrayna müharibəsinin iqtisadi nəticələrinin gələcəkdə bütün dünyada əks-səda verəcəyini bildirir.
Mütəxəssislər ABŞ palatasının Avropadakı 40-dan çox Amerika ticarət palatası ilə tərəfdaş olduğu Atlantik okeanı boyunca iqtisadi müttəfiqlərinə təsirindən narahatdırlar. Belə gözlənilir ki, Avropanın enerji böhranı illər boyu davam edəcək. Bu qış avropalılar üçün ilkin olaraq gözlənilən qədər pis olmaya bilər. Avropanın qaz anbarlarının 90%-dən çoxu ABŞ-dan maye qaz ixracı və Norveçdən əlavə tədarük sayəsində doludur. Təbii qazın qiymətləri artıq 10 dəfə artıb və Avropanın enerji xərcləri ÜDM-un 12%-ni təşkil edir ki, bu da tarixi orta göstəricini təxminən üç dəfə artırır. Nəticədə isə Avropada elektrik enerjisi, istehsal və demək olar ki, bütün digər iqtisadi fəaliyyətlərin xərcləri artır. Bundan əlavə, minlərlə Avropa şirkəti sabit enerji müqavilələrinin sonuna yaxınlaşır. Onlar müqavilələrini daha yüksək qiymətlərlə yeniləmək məcburiyyətində qalacaqlar. Bu səbəbdən də , bir çox istehsal müəssisələrinin yaxın aylarda bağlanacağı və ya xaricə köçəcəyi gözlənilir.
Nəticədə, bir çox Amerika şirkətləri, xüsusən də Avropada istehsal müəssisələri olan və ya Avropa girişlərinə güvənən şirkətlər çatışmazlıqlardan narahatdırlar. Amerikanın ən böyük ticarət və investisiya tərəfdaşı olan Avropaya təsir edən tənəzzül ABŞ-da hasilatı azalda və artımı yavaşlada bilər. Bir tərəfdən Avro və funt-sterlinqin dollara nisbətdə ucuzlaşmasının da ABŞ şirkətlərinə müsbət və mənfi bir sıra gözlənilməz təsirləri olacaq.
Ukraynadakı müharibənin iqtisadi nəticələri gələcək illər ərzində bütün dünya iqtisadiyyatında dalğalanacaq. Uzun və dərin tənəzzül Avropanın rəqabət qabiliyyətini itirəcək. Qlobal iqtisadiyyatda qitənin payı son 15 ildə azalmaqdadır və bu azalmanı daha da sürətləndirə bilər.