Almaniyanın enerji şirkəti E.ON Rusiyanın Ukraniyada başlatdığı müharibəyə görə Qazpromun Avropa şirkətlərindən qaz alışını dayandırdığını bildirib. E.ON şirkətinin baş direktoru Leonard Birnbaum mətbuat konfransında bildirib ki, E.ON-un birbaşa istehsalçılarla uzunmüddətli təbii qaz təchizatı müqavilələri yoxdur. Almaniyanın Rusiyadan enerji idxalını qəfil dayandırmasının E.ON-a mənfi təsir edəcəyini qeyd edən Birnbaum, "Portfelimizdəki az miqdarda təbii qaz Qazpromun Avropadakı ticarət şirkətlərindən alınıb. Bu şirkətlərdən yeni təbii qaz alışları Ukraniya hadisələrinə görə dayandırıldı” ifadələrdən istifadə edərək dedi. E.ON 2021-ci ildə faiz, amortizasiya və vergidən əvvəl düzəliş edilmiş mənfəətini (EBITDA) 1 milyard avro artıraraq 7,9 milyard avroya çatdırdı.