Bütün dünyada, xüsusilə, Çində geniş yayılan Covid 19 pandemiyasına baxmayaraq, ötən ilin son rübündə Alibaba, satışlarında 2% artım əldə edib. Analitiklərin hesabına görə, Çin ticarət nəhənginin gəliri əvvəlkinə nisbətən 12% artıb.

Baş icraçı Daniel Zhang-ın sözlərinə görə, Covid 19-un yaratdığı vəziyyət şirkətin gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edib. Baş direktor bildirib ki, fevral ayından satışları çoxalıb.

Cümə axşamı Nyu-York-da keçirilən ticarət Alibaba səhmlərinin 2%-dən çox artmasına səbəb olub.

Satışın azalması Alibaba-nı xərcləri və işçilərin sayını azaltmağa sövq etdi. Qrupun ümumi işçi sayı keçən il ərzində təxminən 20 min nəfər azalıb. Alibaba biznesinin əsas sütunları da problemlərlə üzləşir. Qrupun gəlir artımı dekabr rübündə ləngiməyə başladı. Satışlar illik müqayisədə yalnız 3% artdı. Zhang problemlərin həllinə kömək etmək üçün dekabr ayından biznesə şəxssən nəzarət etməyə başladı.

Cümə axşamı Zhang bildirib ki, Alibaba-nın bulud texnologiyası ChatGPT-yə bənzər süni intellekt  yaratmaq səylərini dəstəkləyəcək. Həmçinin, bu sahədə digər şirkətlərin ehtiyac duyduğu hesablama gücünü təmin edəcək.

Alibaba, üç aylıq dövr ərzində 45 milyon səhmi və ya dövriyyədə olan səhmlərinin təxminən 2%-ni geri almaq üçün 3 milyard dollardan çox xərclədiyini bildirib. Qrupun əvvəllər icazə verilmiş geri satınalma proqramının bir hissəsi kimi istifadə etmək üçün təxminən 21 milyard dolları var.

Alibaba, ChatGPT-ni təkrarlamaq üçün mübarizə aparan bir çox Çin texnoloji qruplarından biridir. Ən əsas qruplardan biri də Baidu-dur. Çərşənbə günü Baidunun qurucusu Robin Li bildirib ki, onun generativ süni intellekt səyləri axtarış sistemi üçün "inqilabi" olacaq.