Alibaba üçüncü rübdə ləng artımın olduğunu bildirdi. Çünki e-ticarət nəhəngi Çinin ölkədəki iqtisadi artıma və istehlak xərclərinə zərbə vuran sıfır Covid siyasətinin təsirini hiss etməyə davam edir.
 
Keçdiyimiz günlərdə, Çin qrupu, sentyabrın sonuna qədər olan üç ay ərzində gəlirin bir il əvvəlki ilə müqayisədə 3% artaraq 207 milyard Rmb (29 milyard dollar) səviyyəsinə çatdığını və analitiklərin gözləntilərinə uyğun olmadığını söylədi.
 
Alibaba, Pekinin təxminən iki il əvvəl Ant Group ilə planlaşdırılan kütləvi təklifini ləğv etdikdən sonra səhmlərinin dəyərinin dörddə üçü dəyər itirməsinə səbəb olan bir sıra problemlərlə üzləşmişdir. Çinin ölkənin texnoloji nəhənglərini cilovlamağa yönəlmiş sərt tənzimləyici qaydaları da bir yandan şirkətə zərbə vurur. Belə ki, Alibaba keçən il rekord məbləğdə - 2,8 milyard dollarlıq antiinhisar cəriməsi ödəmişdi.
 
Bir neçə gün əvvəl, şirkət investisiyalarının dəyərindəki dəyişiklikləri və səhm əsaslı kompensasiyanı nəzərə almasaq, xalis gəlirin illik 19% artaraq 33,8 milyard Rmb-ə çatdığını qeyd edib. Bu dövr ərzində şirkət işçilərin sayını azaltmağa davam edərək, demək olar ki, 2,000 işçini işdən çıxardı və ilin əvvəlindən bəri ümumi işçilərin sayını təxminən 6% azaltdı.
 
Alibaba, sentyabr rübü ərzində səhmlərin geri alınmasına 2,1 milyard dollar xərclədiyini və 2025-ci maliyyə ilinin sonuna qədər davam edəcək proqrama daha 15 milyard dollar əlavə ediləcəyini açıqladı.