
Dünyanın müxtəlif ölkələrində onlayn rezervasiya və yaşayış təmin edən Airbnb Rusiya və Belarusdakı bütün fəaliyyətini dayandırdığını açıqlayıb. Airbnb-nin baş icraçı direktoru (CEO) Brayan Çeski Twitter-də "Airbnb Rusiya və Belarusdakı bütün əməliyyatlarını dayandırır" deyə yazıb.
Chesky Rusiyanın Ukraynaya hücumlarından sonra fevralın 28-də şirkətin Ukraniyadan qaçan 100 min qaçqını pulsuz yerlə təmin edəcəyini açıqlamışdı.
Digər tərəfdən, Ukraniya-Rusiya müharibəsi səbəbiylə bölgədə xəritə tətbiqi olan Google Maps-in istifadəsini dayandıran Google, Rusiyada da onlayn satış reklamlarını dayandırıb
Şirkətin açıqlamasında deyilir : "Fövqəladə şəraitdə biz Rusiyada Google reklamlarına fasilə veririk. Vəziyyət sürətlə inkişaf edir və biz müvafiq olaraq yeniləmələri dərc etməyə davam edəcəyik".
Sosial media nəhəngləri Twitter və Snap da Rusiyaya qarşı sanksiyalara qatılaraq bu ölkədə reklamlarını dayandırıb.