ABŞ səhmləri və xəzinədarlıqları, ABŞ-da inflyasiyanın dekabr ayında aşağı düşməsinin ardından yüksəldi. Bu da Federal Ehtiyat Sisteminin daha da kəskin faiz artımı üçün təzyiqi azaldıb.
 
Wall Street-in "S&P 500" indeksi, ardıcıl üçüncü gün 0,3% artımla günü yekunlaşdırdı. Texnoloji cəhətdən ağır olan "Nasdaq Composite" isə 0,6% bahalaşıb.
 
Əmək Departamentinin hesabatından sonra ABŞ-da illik istehlak qiymətləri artımının dekabrda 6,5%-ə, noyabrda isə 7,1%-ə düşdüyünü göstərdi.
 
Son rəqəmlər FED-in yanvar ayının sonunda keçiriləcək növbəti siyasət toplantısında 0,25% bəndi artıraraq faiz artımı tempini daha da yavaşlatacağına dair gözləntiləri artırıb. Keçən ay mərkəzi bank daha böyük - 0,75% bəndi artımdan sonra dərəcələri 0,5% bəndi artırdı.
 
Cümə axşamı "S&P 500" noyabrın əvvəlindən bəri ilk dəfə, üç gün ardıcıl olaraq yüksəldi. "Nasdaq" isə keçən iyul ayından bəri ilk dəfə, beş günlük yüksəliş yaşadı.
 
Cümə axşamı günü məlumatların yayımlanmasından əvvəl, faiz bazarları növbəti FED iclasında 0,25% bəndi artım ehtimalını təxminən 75% ehtimal edirdi. Bu da onun benchmark faiz dərəcəsini 4,5%-dən 4,75%-ə qədərki hədəf aralığına çatdıracaq. Cümə axşamı günortadan sonra isə bu rəqəm, 96%-dən çox artdı.
 
Bazarlar da, mərkəzi bankın əsas siyasət dərəcəsinin bu ilin sonunda zirvəyə çatacağını gözləyirdilər. Qeyd edək ki, investorlar borclanma xərclərinin iyun ayında təxminən 4.9%-ə çatacağını gözləyirlər.
 
Nəzərinizə çatdıraq ki, digər səhm bazarlarında da ciddi artımlar olub. Belə ki, Avropanın "Stoxx 600" indeksi cümə axşamı günü 0,6%, Almaniyanın "Dax" indeksi 0,7%, Londonun "FTSE 100" indeksi isə 0,9% artaraq bütün zamanların ən yüksək səviyyəsinə yaxınlaşıb. Asiyada Honq-Konqun "Hang Seng" səhmləri 0,3%, Çinin "Şanxay" və "Shenzhen" səhmlərinin "CSI 300" indeksi isə 0,2% artıb.