Keçdiyimiz günlərdə Avropanın ən böyük çip avadanlığı istehsalçısı ASML, Vaşinqtonun Çinə qarşı son ixrac nəzarətinin şirkətin 2023-cü il üçün avadanlıq göndərmə planına məhdud təsir göstərdiyini söylədi. "Bizim üçün birbaşa təsir kifayət qədər məhduddur" deyə ASML-nin baş maliyyə direktoru Roger Dassen bildirir. “Əvvəla, bildiyiniz kimi, biz Avropa şirkətiyik. Deməli, alətlərimizdə ABŞ texnologiyası çox yoxdur”.
 
Dassen, ASML-nin ABŞ-ın ən son ixrac nəzarətlərini hesaba alaraq, Avropadan Çinə yalnız qeyri-EUV avadanlıqlarını göndərməyə davam etdiyini söylədi. O, şirkətin Vaşinqtonun təlimatlarına əməl etmək üçün nə lazımdırsa edəcəyinə söz verir.
 
Qeyd edək ki, təxminən 170 milyard dollarlıq birja dəyəri olan ASML ABŞ-Çin texnologiya müharibəsində EUV cihazlarının Çinin çip istehsalı şirkəti olan Semiconductor Manufacturing International Corp-a göndərilməsi planı ilə daha əvvəllər yaxalanmışdı. Nəticədə isə çatdırılma siyasi səbəblərdən dolayı 2019-cu ilin sonlarından etibarən dayandırılmışdı.
 
Dassen, ASML-nin EUV olmayan maşınları Çinə göndərə bilsə də, onun avadanlıq tələbinə dolayı təsir göstərəcəyini söylədi. O, Çin müştərilərinin yeni nəzarətlər nəticəsində ABŞ çip təchizatçılarından başqa avadanlıq ala bilmədiklərinə görə sifarişləri azaltmaq məcburiyyətində qala biləcəyini proqnozlaşdırdı.
 
ASML-nin qazanc dəyərlərinə isə baxsaq, keçən rüb üçün 51,8%, ümumi marja ilə 5,8 milyard avro xalis satış təmin etdiyi görünür. Bu da əvvəlki 5,1- 5,4 milyard avro və 49 -50 faiz olan ümumi marjadan çoxdur. Dünyanın ən böyük müqaviləli çip istehsalçısı və ASML müştərisi olan TSMC, keçən həftə smartfon və fərdi kompüterlərə tələbatın azalması səbəbindən illik kapital xərclərini bu il təxminən 10 faiz azaldıb 36 milyard dollara endirdi. Bu barədə isə şirkət rəhbərliyi son zamanlarda iqtisadiyyatda olan yeniliklərdən dolayı bunun mümkün hal olduğunu və bununla bağlı tədbirlər görüləcəyini bildirir.