BloombergNEF-in boru kəməri axınlarına əsaslanan hesablamalarına görə, Appalachia hövzəsində təbii qaz təchizatı tipik səviyyələrlə müqayisədə 27% və ya 9 milyard kub fut azalıb. Bloomberg qeyd edir ki, bu azalma 2013-cü ildən bəri olan göstəricilər üzrə rekord göstəricidir. Nəzərinizə çatdıraq ki, ABŞ-ın ən çox qaz hasil edən hövzəsi Appalachia bölgəsidir.
Pensilvaniyada təbii qaz hasilatı quyuların dondurulması səbəbindən 20%-dən çox azalıb. Bloomberg-in hesablamalarına görə, Ohayoda istehsal iki dəfədən çox azalıb.
Dekabrın 27-nə olan məlumata görə, ABŞ-da təbii qaz hasilatı hələ də ötən həftələrin səviyyəsindən xeyli aşağı idi. Natural Gas Intelligence tərəfindən istinad edilən ilk istehsal məlumatları göstərdi ki, Amerika təbii qaz hasilatı hələ də 80-86 Bcf/gün civarındadır ki, bu da ötən həftələr və aylardakı 100 Bcf/gün hasilatından xeyli aşağıdır.
Bu həftə daha bir neçə qaz kəməri problemlər barədə məlumat verməyə davam etdi. Hansı ki, bu problemlər sistemlərə qaz axınının imkanlarını daha da məhdudlaşdırır.
Appalachia təbii qaz hasilatının azalması, şəbəkələrdə problemləri daha da ağırlaşdırdı. Çünki qazın daha az həcmi qazla işləyən elektrik stansiyalarına boru kəmərləri vasitəsilə göndərilir.